Nazirlik şəhid ailələri və Milli Qəhrəmanlarla bağlı yeni xidmətləri təqdim edib
Cəmiyət / 14.12.2020 12:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin – 4 proaktiv, 2 elektron, 5 e-arayış xidmətini təqdim edib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır: "Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış hərbçi, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür.
Şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir həftədə şəhidlərin artıq 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir. Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür".
Şöbə müdiri deyib ki, nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır. Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb. Həmin vaxtdan bu ilin 1 dekabrına qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub.
Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov isə qeyd edib ki, bu gün daha 4 proaktiv xidmət, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim edilir: "Yeni 4 proaktiv xidmət Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi, məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi və sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidmətidir. Yeni 2 e-xidmət isə dövlət sosial sığorta sistemində xüsusi hesabın aktivləşdirilməsi, dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu elektron xidmətidir.
Yeni 5 e-arayış xidməti isə bunlardır:
- Milli Qəhrəman ailə üzvü olması barədə;
- Əmək veteranı olması barədə;
- Fəxri adının olması barədə;
- Övladlığagötürmə barədə.
K.Əkbərov bildirib ki, e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir: "Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib.
Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan, 31-i proaktivdir, e-arayış xidmətlərinin sayı isə 20-yə çatır".
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
2023-05-22
16:38 İmtahan həyəcanı
2023-05-18
19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"
18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır
17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"
17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib
16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib
16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb
16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib
15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər
14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib
14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”
12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"
11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"
11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”
11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"
10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"
2023-05-17
18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB
18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"
11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib
10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət
10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları