Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri insan alverinə qarşı mübarizə mövzusunda tədbirdə iştirak edib

Gündəm / 15.12.2020 14:32

Bu günlərdə Tovuz Gənclər Evinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici onlayn tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, sözügedən tədbirdə Ombudsman təsisatını Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təmsil edib. Həmin tədbirdə habelə hüquq üzrə elmlər doktoru, professor Mayis Əliyev, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov və "Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində koalisiya üzvü Zülfiyyə Nuriyeva mövzu ətrafında çıxışlar ediblər.

Tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayan və onları Vətən müharibəsi nəticəsində əldə olunmuş qələbə və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edən Səbuhi Abbasov insan alverinə qarı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, bu sahədə mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən, onların müdafiəsi və yardım məsələlərini tənzimləyən "İnsan alverinə qarşı mübarizə haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun qəbul edilməsi, həmçinin insan alverinə qarşı mübarizəyə dair milli fəaliyyət planlarının səmərəli icrası nəticəsində ölkəmizdə insan hüquqlarını pozan ictimai təhlükəli əməllərə qarşı uğurlu praktika formalaşıb.

Hazırda icrası davam edən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planında da nəzərdə tutulmuş tədbirlər insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün əlverişli zəmin yaradır.

Tədbirdə Ombudsman təsisatının insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, habelə təsisatın müntəzəm olaraq davam etdirilən əhalinin maarifləndirilməsi, təhsil müəssisələrində insan alveri ilə bağlı hüquqi biliklərin artırılması, aidiyyatı qurumlar qarşısında səmərəli təkliflərin irəli sürülməsi sahəsində əldə etdiyi uğurlar barədə də məlumat verilib. Bundan başqa, Ombudsman təsisatında yaradılmış 916 Çağrı Mərkəzinin fəaliyyəti, COVID-19 pandemiyası dövründə Ombudsmana poçt, onlayn forma, telefon, sosial şəbəkələr vasitəsilə müraciət etmək imkanları haqqında iştirakçılara geniş məlumat verilib.

Tədbir mövzu ilə bağlı aktiv müzakirələr şəraitində davam etdirilib və gənclərin sualları ətraflı cavablandırılıb.



SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları