ABŞ sanksiyalarının əsasında Türkiyənin müstəqil siyasətinə qısqanclıq münasibəti dayanır - Politoloq

Gündəm / 16.12.2020 17:25

Əslində, NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə komplekslərini alması sıradan bir hərbi-texniki əməkdaşlıq nümunəsi deyil. Bu, qlobal miqyasda formalaşmağa başlayan yeni təhlükəsizlik sistemidir.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, "soyuq müharibə”nin başa çatmasından sonra NATO-nun daşıyacağı missiya sual altına düşmüşdü:

"Belə demək mümkünsə, NATO-nun getdikcə amorf bir təsisata çevriləcəyi proqnoz edilirdi. Xüsusən, son 15-20 ildə təkqütblü dünya sisteminin dağılması fonunda bu proses özünü daha qabarıq şəkildə göstərməkdədir. Regional güclərin qlobal geosiyasətə təkan verməyə başlaması ilə yeni qüvvələr balansı formalaşdı. Bütün bu proseslərin fonunda Türkiyə də öz gücünü, mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlədərək beynəlxalq münasibətlərin söz sahibi ölkələrindən birinə çevrildi.

Bu vəziyyət gözlənildiyi kimi ABŞ mərkəzli qlobal düzən tərəfdarlarını qane etmədi. Müstəqil və güclü Türkiyənin təkbaşına öz milli təhlükəsizliyinin qayğısına qalması və bu xüsusda, Rusiyadan S-400 zenit-raket kompleksləri alması həmin dairələrin həzm edə bilməyəcəyi reallıqlardır. Onlar müstəqil xarici siyasət yürüdə bilməyən, bütün parametrlər üzrə Qərbdən asılı olan bir Türkiyə arzulayırlar. Ərdoğan Türkiyəsi isə bu şərtlərin heç biri ilə barışmadı və beynəlxalq münasibətlərin tam müstəqil subyektinə çevrildi.

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi son sanksiyaların da əsas fundamental səbəbi məhz bu amillərlə əlaqədardır. Aysberqin görünən tərəfində S-400 faktoru ola bilər, amma daha dərin qatlarda Türkiyənin müstəqil siyasət aparmasına qısqanclıq münasibəti dayanır. Nəzərə alaq ki, NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan HHQ sistemlərindən istifadə olunması yenilik deyil. Məlum olduğu kimi, Yunanıstan həmin sistemləri Rusyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olmayıb. Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib. Çünki ortada qərəz və açıq ikili standartlı siyasət var”.

Politoloqun sözlərinə görə, Türkiyəyə başqa seçim də tanımadılar: "S-400-lərin alınması Ankara üçün qaçılmaz bir zərurətə çevrilmişdi. Belə ki, Türkiyə bundan əvvəl hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, bu müraciətlərə adekvat yanaşılmayıb və həmin sistemlər Türkiyəyə satılmayıb. Bunun əvəzində HHQ sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya həvalə olunub, sonuncu isə üzərinə düşən vəzifələri icra etməyib. Yaranmış vəziyyətdə Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir HHQ sistemini alıb.

Əlbəttə ki, sanksiyalar Türkiyəyə təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə səbəb olacaq. Xatırlayaq ki, ABŞ-ın ən müasir F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən "Bayraktar” dronlarını hazırladı və istehsala başladı. Böyük iqtisadi və hərbi potensiala malik Türkiyə "Altay” tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Bir sözlə, təzyiq və sanksiyalar qardaş Türkiyəni daha da güclü edir.

Hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi yaşandı. Prezident İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab etmiş, bunu ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirmişdir. "Bir millət, iki dövlət” konsepsiyası hər situasiyada keçərlidir. Pis gündə də, yaxşı gündə də biz bir-birimizin yanındayıq. Bu, həmişə belə olacaq”.



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları