Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar

Mədəniyyət / 16.04.2021 17:48

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Trend xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.

Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə "Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

Eldar Quliyev 1967-ci ildən taleyini "Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır. O, 1986-cı ildən "Azərbaycanfilm” kinostudiyası nəzdində "Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.

Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin "Bir cənub şəhərində”, "Sevinc buxtası”, "Babək” və "Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir. Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Əməkdar incəsənət xadimi” və "Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Şəfiqə Məmmədova

Anar Rzayev

Fərhad Xəlilov

Azər Paşa Nemətov

Oqtay Mirqasımov

Rasim Balayev".



SON XƏBƏRLƏR

2021-09-24

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

15:52 Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

15:50 Polis Akademiyasının 100 illik yubileyi qeyd olunub

15:17 Azərbaycan daha bir beynəlxalq sazişi təsdiq edir

14:58 Vətən müharibəsində yaralanmış iki minədək qaziyə əlillik və sosial ödənişlər təyin edilib

14:53 Ağdamda kəndlər, tarixi abidələr xarabalığa çevrilib - Gürcüstanlı ekspert

14:44 Nazirlik və Qarabağ Dirçəliş Fondu arasında Anlaşma Memorandumu imzalanıb

14:38 Suraxanıda yolların yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM

14:09 Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

12:18 Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

11:40 BDU-nun köhnə yataqxanaları nə zaman yenilənəcək? - Universitetdən açıqlama

10:02 “ASAN Könüllüləri” Təşkilatı və Carlsberg Azerbaijan “Məsuliyyəli Sürücülük və Məsuliyyətli İstehlak” üzrə təbliğata başlayıb

2021-09-22

17:14 Allahşükür Paşazadə iranlı din xadiminə cavab verdi

17:10 Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək

16:34 ÜST Dövlət Gömrük Komitəsinə 300 min tibbi maska təhvil verib

16:19 Prokuror Əli Kərimlinin terrorçuluqda təqsirləndirilən mühafizəçisinə 15 il cəza istədi

16:17 “Azər-Türk Bank” və Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

16:15 “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqləndi - SƏRƏNCAM

16:14 Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq etdi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb