Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə videokonfrans formatında görüşü olub (FOTO) (YENİLƏNİB)

Siyasət / 28.04.2021 14:33

Aprelin 28-də Dünya İqtisadi Forumunun prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşü olub.

Trendxəbər verir ki, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende forumun təsisçisi və icraçı sədri Klaus Şvabın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Klaus Şvabın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədrinə çatdırmağı xahiş etdi.

Görüşdə ölkəmizlə Dünya İqtisadi Forumu arasında uzunmüddətli səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Dünya İqtisadi Forumunun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi qeyd olundu. Vurğulandı ki, Azərbaycan ilə Dünya İqtisadi Forumu ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində də uğurla əməkdaşlıq edir.

Prezident İlham Əliyev Borge Brendeyə işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng iş durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Bildirildi ki, indi səylərin əsas istiqaməti ərazilərin yenidən qurulması olacaq və bu, həmçinin ölkə iqtisadiyyatının qeyri-enerji sektoruna, xüsusilə tikinti sahəsinə təkan verəcək. İki gün əvvəl "ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu vurğulayan dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri "yaşıl zona” elan etdiyini, həmin ərazilərdə "ağıllı şəhər”, "ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığını, enerji istehsalı, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini dedi və bu sahədə Dünya İqtisadi Forumu ilə əməkdaşlığın perspektivlərinə toxundu.

Söhbət zamanı Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən tədbirlər də qeyd edildi, son günlərdə ölkədə sağalanların sayının artması müsbət amil kimi qiymətləndirildi. Azərbaycanda vaksinasiyaya başlanıldığı, əhalimizin 14 faizinin artıq peyvənd olunduğu bildirildi, pandemiya ilə bağlı ölkəmizin təşəbbüsü ilə çox vacib və qlobal tədbirlərin keçirildiyi vurğulandı, Azərbaycanın 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərdiyi qeyd edildi, ölkəmizin milli səviyyədə və Qoşulmama Hərəkatının sədri kimi qaldırdığı məsələlərdən birinin də dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı olduğu diqqətə çatdırıldı.

Görüşdə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin afilə edilmiş Azərbaycan Mərkəzinin fəaliyyəti vurğulandı. Dövlətimizin başçısı MDB regionunda ilk bu cür mərkəzin məhz Bakıda yaradılmasına görə minnətdarlığını bildirdi, iqtisadiyyatı şaxələndirmək və islahatları davam etdirmək üçün, eləcə də investisiyaları cəlb etmək baxımından mərkəzin rolunu qeyd etdi. Bildirildi ki, bu Mərkəzin əsası 2020-ci ildə Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin niyyət məktubunu imzalaması ilə qoyulub. Mərkəzin fəaliyyətinin təşkili üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq artıq təmin olunub. İlkin mərhələdə süni intellekt və rəqəmsal iqtisadiyyatla bağlı təhlillər aparılır.

Prezident İlham Əliyev Borge Brendeni Azərbaycana səfərə və mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət etdi.

İndi gənc nəslin təliminə çox böyük diqqət yetirdiyimizi, son illərdə bilikli insanların yeni nəslinin yetişdiyini deyən Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirdi.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirdi.



SON XƏBƏRLƏR

2021-05-07

20:40 Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)

20:11 Əyani tədris qismən bərpa olunur

20:08 İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI

18:52 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

17:41 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

17:40 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

17:36 Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib

17:25 Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

17:17 Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi

17:06 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)

17:00 Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN

16:12 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

15:48 Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)

15:36 Xalq şairi Musa Yaqub vəfat edib

14:28 Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi

13:29 Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib

12:03 Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM

10:59 Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

2021-05-06

19:32 Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

19:18 ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb

17:31 Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu

17:19 Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir

17:08 Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib

16:36 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

16:33 Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

15:19 Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

14:43 26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam

13:53 Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək

13:09 Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM

13:06 Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)

12:17 Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI

12:07 Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:38 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat

Product image

15:35 Bakıda “Avro-2020” oyunlarına 50 faiz azarkeş buraxılacaq

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb