“Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı

Gündəm / 30.04.2021 12:16

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

BirlikdənTrend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

2006-cı ildə ictimai birlik kimi qeydiyyata alınmış "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” öz fəaliyyəti dövründə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq azərbaycanlının öz ata-baba yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımına məruz qalması, mədəni və dini irsimizin sistematik şəkildə dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparmışdır. Bu illər ərzində icma üzvləri ölkə daxilində və kənarda keçirilən çoxsaylı görüşlərdə, səfərlərdə, təşkil olunan konfranslarda həmişə Ermənistanın işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasına diqqət çəkmişdir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağırışları etsək də, təəssüf ki, bu çağırışlara Ermənistan və Qarabağın erməni icması tərəfindən müsbət cavab verilməmişdir.

Nəhayət ki, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağımız işğaldan azad edildi, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. İşğalçı Ermənistan ordusu darmadığın edilərək torpaqlarımızdan çıxarıldı və bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk edildi. Cənab Prezident həm döyüş meydanında, həm diplomatiyada, həm də informasiya müharibəsində ölkəmizin qalibiyyətini təmin etdi. Uzun illərdir gözlədiyimiz xəyallarımız gerçəkləşdi və Azərbaycan öz əzəli və tarixi hissəsi olan Qarabağa qovuşdu.

Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoymuşdur. Artıq "Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və "Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar vermişdir.

Bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik.

Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün "Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasını bəyan edirik".



SON XƏBƏRLƏR

2021-05-07

20:40 Prezident İlham Əliyevin BBC-yə müsahibəsi 3 milyon baxışı keçib (VİDEO)

20:11 Əyani tədris qismən bərpa olunur

20:08 İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib - SİYAHI

18:52 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi

17:41 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib

17:40 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

17:36 Azərbaycanda 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub, 15 nəfər vəfat edib

17:25 Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

17:17 Daha bir hərbi qulluqçumuzun şəhid olması müəyyən edildi

17:06 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)

17:00 Bakıda qanunsuz aksiya keçirməyə cəhd edilənlərdən saxlanılan yoxdur - DİN

16:12 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

15:48 Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub - DTX (VİDEO)

15:36 Xalq şairi Musa Yaqub vəfat edib

14:28 Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi

13:29 Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib

12:03 Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM

10:59 Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

2021-05-06

19:32 Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

19:18 ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb

17:31 Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu

17:19 Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir

17:08 Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib

16:36 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

16:33 Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub

15:19 Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

14:43 26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam

13:53 Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək

13:09 Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM

13:06 Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)

12:17 Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI

12:07 Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:38 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat

Product image

15:35 Bakıda “Avro-2020” oyunlarına 50 faiz azarkeş buraxılacaq

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb