Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir

Gündəm / 06.05.2021 17:19

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrova müraciət ünvanlayıb.

Trendxəbər verir ki, müraciətdə deyilir:

Hörmətli Sergey Viktoroviç Lavrov!

Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi.

Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur.

Bundan əlavə, Moskvada "Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, "Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.

Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır.

Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin qarşısı alınıb.

Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib.

Hörmətli SergeyViktoroviçLavrov!

Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib.

Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi "nasizm hərəkatının, neonasizmin və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib.

Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır.

Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır.

Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz.

Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır.

Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik.

Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik.

Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə:

Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti".



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb