Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

Siyasət / 06.05.2021 17:08

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan ombudsmanının regionda sülh quruculuğuna zərbə olan fəaliyyəti haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə məktub ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir: "Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi-siyasi hakimiyyətinin təsiri və təzyiqi ilə azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən bəyanat və ifadələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə davamlı olaraq təbliğ olunur. Regionda insan hüquq və azadlıqlarını ciddi təhdid edən bu vəziyyət ölkə Ombudsmanı olaraq məni dərindən narahat edir.

Sizin də bildiyiniz kimi, BMT tərəfindən qəbul edilmiş universal prinsiplər olan "Paris Prinsipləri” Milli İnsan Hüquqları İnstitutlarını müstəqil və qərəzsiz fəaliyyət göstərməyə çağırır. Ölkədə fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutu olaraq təsisatımız Paris Prinsiplərinin tələblərinə uyğun olaraq, müstəqil şəkildə və hər hansı bir ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqlarını müdafiə etməkdədir.

Biz münaqişə dövründə bir çox faktaraşdırıcı missiyalar həyata keçirmiş, Ermənistan ordusu tərəfindən hərbi hücumlara məruz qalan mülki yaşayış yerlərində araşdırmalar aparmış, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının tələblərinin pozulması faktlarına dair xüsusi hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına ünvanlamışıq.

Eyni zamanda BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında hər hansı bir ayrı-seçkiliyə yol vermədən erməni hərbi əsirlərlə rəftar və onların saxlanma şəraiti monitorinq olunmuşdur.

Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunmuş, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunmuş, Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunmuşlar.

Biz çox istərdik ki, Ermənistan Ombudsmanı da iki millət arasında nifrət hissini artıran bəyanatlar vermək yerinə Ermənistan hərbi-siyasi hakimiyyətinin azərbaycanlılara qarşı aqressiya və dözümsüzlüyü təbliğ edən çıxış və bəyanatlarını araşdırsın, sülhün bərqərar olmasına öz töhfəsini vermiş olsun.

Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, istər münaqişə dövründə, istərsə də münaqişədən sonra Ermənistan Ombudsmanın bu istiqamətdə heç bir fəaliyyətinə rast gəlməmişik, əksinə siyasi məqsədlərə xidmət edən fəaliyyətin şahidi olmuşuq.

Müasir dövrdə post-müharibə dövründə gələcəkdə iki xalq arasında yaranacaq əməkdaşlıq və regionda sabit sülh şəraiti barəsində müzakirələr aparılması gözlənildiyi halda Ermənistan parlamentinin üzvləri və müxtəlif qurum rəhbərləri Azərbaycana və onun vətəndaşlarına qarşı etnik cəhətdən dözümsüzlüyü ifadə edən müxtəlif bəyənatlar səsləndirirlər.

Müharibə dövründə Azərbaycanın Mingəçevir elektrik stansiyasının vurulması ilə bağlı çağırışlar edən deputat Naira Zohrabyan, o cümlədən Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi "Twitter” sosial şəbəkəsində təhdid edən Lilit Gyozalyan həmin nifrət siyasətinin davamçılarındandır.

Belə ki, daim azərbaycanlılara qarşı irqi çıxışlar edən Robert Köçəryan 16 yanvar 2003-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı azərbaycanlıların və ermənilərin "etnik və genetik baxımdan uyğunsuz olmaları” kimi irqçi fikirlər söyləmiş və Qarabağdakı erməni əhalisinin Azərbaycan dövləti daxilində yaşamasının mümkün olmadığını açıqlamışdı. Bu hadisədən sonra – yanvarın 30-da Strasburqda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab verən R.Köçəryan demişdi: "Bəli, mən əslən Dağlıq Qarabağdanam. Bəli, mən döyüş əməliyyatlarında iştirak etdiyim və bu gün nail olduğumuz nəticələr üçün fəxr edirəm”.

Birinci Qarabağ müharibəsi dövründə şəxsən iştirak etmiş və erməni gənclərlə görüşlərində daim fəxr hissi ilə bu hadisələrdən danışan Ermənistanın sabiq prezidenti Serj Sarkisyan "Xocalıdan qabaq azərbaycanlılar elə fikirləşirdilər ki, onlarla zarafat edirik. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik” və "Biz öz missiyamızı yerinə yetirdik Qarabağı düşmənlərdən azad etdik. İndi isə növbə sizindir.” kimi münaqişəni alovlandıran nitqlərdən istifadə edərək gələcək nəsillərə öz nifrət siyasətini təlqin edib.

İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə qatı şəkildə anti-Azərbaycan siyasətinin aparılması, azərbaycanlılara qarşı nifət nitqi, Ermənistan cəmiyyətində azərbaycanafobiyanın yaradılması düşmənçiliyin yenidən təşəkkül tapmasına, yeni cinayətlərin törədilməsinə zəmin yaradan amillərdəndir.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu kimi siyasət ancaq iki ölkədə deyil, həm də bütün regionda insan hüquqlarına, sülhün və təhlükəsizliyin təmininə təhlükə yaradır.

Beynəlxalq müstəvidə tanınan tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanı bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulmağa çağırır.

Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti bu əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı nifrət hissini gücləndirən təbliğat aparmaqda israrlıdır.

Mən İnsan Hüquqları üzrə Komissar olaraq, sizə müraciət edərək xahiş edirəm ki, Ermənistan Ombudsmanına, fəal vətəndaş cəmiyyəti institutlarına milli ədavəti qızışdıran, iki millət arasında nifrət hissini artıran bəyanatlara artıq son qoymaq, əksinə insan hüquqlarının etibarlı şəkildə müdafiəsinə xidmət edən, sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinə yönələn fəaliyyət göstərmələri üçün çağırış edəsiniz. Sözsüz ki, bu ancaq Azərbaycan və Ermənistanda deyil, bütün regionda sülh və sabitiliyin bərqərar olması, heç bir ayrı-seçkiliyə yol vermədən, bütün insanların hüquqlarının etibarlı müdafiəsi üçün vacib şərtdir”.



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb