QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib (FOTO)

Siyasət / 07.05.2021 17:06

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası mühüm qərarlar qəbul edib.

Agentliyin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, mayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

İclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında milsilis xidmətlərindən danışıb: "İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.

Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:

1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;

2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;

a) Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası;
b) İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası;
c) Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası;
d) Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi.

4. Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında

5. Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;

6. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.

Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.

İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb:

1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu:

Zaur İbrahimov (koordinator)
Günel Səfərova
İsrayıl İsgəndərov
Əvəz Həsənov

2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması işçi qrupu:

Əvəz Həsənov (koordinator)
Zaur İbrahimov
Azər Allahverənov

3. Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçı qrupu:

Nurəddin Mehdiyev (koordinator)
Zakir Hacıyev
İlqar Orucov

4. Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçı qrupu:

Günel Səfərova (koordinator)
Əvəz Həsənov
İlqar Orucov

5. QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçı qrupu:

İsrayıl İsgəndərov (koordinator)
Günel Səfərova
Zaur İbrahimov
İlqar Orucov

İclasda gündəliyin 6-cı məsələsi geniş müzakirə edilib və Muşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiq olunub.

Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib. Bu haqda yaxın günlərdə əlavə məlumat veriləcək.



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb