Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib (FOTO)

İqtisadiyyat / 20.05.2021 21:18

Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.

Energetika NazirliyindənTrend-ə bildirilib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuartın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri onlayn formatda iştirak ediblər.

İclasda Hökumətlərarası Komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib, Azərbaycan və Böyük Britaniya arasında energetika, bərpa olunan enerji və enerji səmərəliliyi, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ətraf mühit, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

İki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının da uğurla inkişaf etdiyi qeyd edilib. Çoxşaxəli iqtisadi münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və reallaşdırılan layihələrin mühüm rol oynadığı bildirilib. Bu aspektdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin aprel ayında Birləşmiş Krallığa, eyni zamanda, Böyük Britaniyanın yüksək səviyyəli hökumət nümayəndələrinin ölkəmizə səfərlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 34% artaraq, 704,6 milyon ABŞ dolları təşkil edib. Ötən il isə bu göstərici, pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, cari ildə artım müşahidə olunur. Xüsusilə də bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 2.5 dəfə artaraq, 162.2 milyon ABŞ dolları olub.
Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Azərbaycanla Birləşmiş Krallıq arasında neft-qaz sahəsində 30 illik uğurlu əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu deyib: "Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatına indiyədək yatırdığı 30.6 milyard ABŞ dolları həcmində investisiyanın 28,8 milyardı enerji sektorunun payına düşür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərarı və irəli sürdüyü vəzifələrin həlli ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcəkdir.”

Böyük Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qraham Styuart isə Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yeni istiqamətlər üzrə inkişafına ölkəsinin dəstəyini ifadə edib: "Böyük Britaniya dənizdə külək enerjisi, intellektual enerji sistemləri, dayanıqlı tikinti, kənd təsərrüfatından yaşıl maliyyəyə və elektromobillərin istehsalına qədər ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi ilə bağlı qlobal prosesi təşviq edəcək maksimum imkanlara və təcrübəyə malikdir. Ümid edirəm ki, hökumətin enerji bazarının liberallaşdırılması və islahatlarla bağlı səyləri Azərbaycanı investorlar üçün daha da cəlbedici ölkəyə çevirəcək. Gələcəkdə Britaniyanın daha çox şirkəti infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələrə dəstək verə və Azərbaycanın böyük iqtisadi potensialının üzə çıxarılmasında mühüm tərəfdaş ola bilər.”
İclasda hər iki ölkənin enerji sektorunun inkişafı, investisiya mühiti, kiçik və orta biznes üçün imkanlar, təhsil sahəsində ehtiyaclara əsaslanan gələcək planlaşdırma, ikitərəfli təhsil imkanlarının qiymətləndirilməsi, ağıllı şəhərlər, süni intellektin tətbiqi, rəqəmsal transformasiya sahələrində Azərbaycanın planlarına ümumi baxış və Böyük Britaniyanın bu sahədə təcrübəsi, rəqəmsal səhiyyə, maliyyə sektorunda islahatlar, həmçinin yaradıcı iqtisadiyyat və yaradıcı təhsil üzrə əməkdaşlıq kimi bir çox məsələlərə dair müzakirələr aparılıb və qarşılıqlı təqdimatlar dinlənilib.

Tədbir çərçivəsində "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur. Memorandum çərçivəsində bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq ediləcək, məlumat və təcrübə mübadiləsi aparılacaq.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu da imzalanıb.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 5-ci iclasının isə 2022-ci ildə London şəhərində keçirilməsi barədə razılıq əldə olunub.



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb