Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə çatmasında YAP və AKP-nin xidmətləri danılmazdır - Səttar Möhbalıyev

Siyasət / 09.06.2021 16:46

Azərbaycanla Türkiyə arasında bütün sahələri əhatə edən münasibətlər qardaşlıq prinsipləri əsasında sağlam və sarsılmaz təməl üzərində yüksələn xətlə inkişaf etməkdədir. Siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə uğurla davam edən əməkdaşlığımız ən yüksək səviyyədədir. Dünya dövlətləri arasında heç bir ikitərəfli münasibət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olsun. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər qarşılıqlı bağlara malik olmağımız bu münasibətləri daha da qırılmaz edir. 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi bütün məsələlərdə hər iki qardaş dövlət biri-birinin yanında olub, istənilən beynəlxalq müstəvidə vahid maraqdan çıxış ediblər. Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamları bu münasibətlərin xarakterini və mahiyyətini açıq-aydın ortaya qoyur.

Bu fikirləri Trend-ə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Prezident İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri, rəsmi yazışmaları, səsləndirdikləri bəyanatlar, həyata keçirdiklər siyasi-iqtisadi layihələr münasibətlərimizin ən yaxşı səviyyədə bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, STAR neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi iri enerji layihələri də birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza mühüm töhfə olub. Münasibətlərimizdə iqtisadi əlaqələrin mühüm əhəmiyyəti var. Statistika göstərir ki, Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkə Türkiyədir. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib. Bu iqtisadi tərəfdaşlıq istər ölkə miqyasında, istərsə də region miqyasında hər iki dövlətin nüfuzunun və iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır”, - AHİK sədri bildirib.

S.Möhbalıyevin sözlərinə görə, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə bütün mənəvi və diplomatik imkanları ilə ölkəmizin yanında oldu: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, digər dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Vətən müharibəsi dövründə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlət rəsmiləri dəfələrlə ölkəmizə səfərlər edərək hər zaman Azərbaycanın yanında olacaqlarını bəyan etməklə bizə dəstək olurdular. Zəfər Paradında cənab Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin iştirakı qardaş münasibətlərimizi bir daha ortaya qoymuş oldu”.

"Hər iki ölkənin hakim partiyaları - Ədalət və İnkişaf Partiyası (AKP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu münasibətlərimizdə müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Geniş sosial bazaya malik hər iki partiya dövlətlərimizin güclənməsində, əlaqələrimizin bu səviyyəyə gəlib çıxmasında böyük xidmətlər göstəriblər. İnanırıq ki, bu əməkdaşlıq milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına bundan sonra da uğurla xidmət edəcək”, - deputat əlavə edib.



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb