Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib

Xəbər / 10.06.2021 18:51

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 26 üzvü barəsində cinayət işi məhkəməyə göndərilib.

TrendDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, bu barədə DTX və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.



SON XƏBƏRLƏR

2021-06-17

18:32 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

18:15 Azərbaycan Ordusunun hərbi qulluqçusu göldə çimərkən boğulub

18:12 Bakı ilə Yerevan arasında dialoqun normallaşmasına yönəlmiş addımları dəstəkləyirik - Zaxarova

17:32 Azay Quliyev seçicilərlə görüşüb

17:19 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

17:18 Azərbaycanda 153 nəfər COVID-19-dan sağalıb, 48 nəfər yoluxub, ölən yoxdur

17:02 Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ-nin güc mərkəzinə çevrilməsi mümkün deyil - Ərdoğan

16:16 Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

16:10 FHN qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edir

15:10 Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

14:56 Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

14:46 Təhsil Tələbə Krediti Fondu yaradılıb - FƏRMAN

14:06 Ərdoğan Putinlə görüşəcək

14:02 Neftlə çirklənmə halları ilə mübarizədə əməkdaşlıq haqqında protokol üzrə səlahiyyətli orqan müəyyən edilib - Sərəncam

13:05 Laçında DSX-nın 2 hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

13:00 Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

12:53 Şəhid ailəsi yeni mənzillə təmin olunub (FOTO)

10:07 Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub

2021-06-14

21:34 Ərdoğanın Azərbaycan ziyarəti tək millət, iki dövlət anlayışının yeni bir tezahürü olacaq - Əkrəm Kızıltaş

19:54 Monqolustan səfiri Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə məlumatlandırılıb

19:51 Prezident İlham Əliyev: Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq

19:46 Azərbaycan Prezidenti: 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır

19:43 Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır

18:53 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

18:52 Azərbaycanda 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub

16:37 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)

16:04 Prezident İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub (FOTO/VİDEO) (YENİLƏNİB)

15:22 Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib (FOTO/VİDEO) (YENİLƏNİB)

15:20 Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa və Zəfər yolunda görülən işlərlə tanış olub (YENİLƏNİB) (VİDEO)

15:19 Prezident İlham Əliyev Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub (YENİLƏNİB) (FOTO/VİDEO)

15:13 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər (FOTO/VİDEO) (YENİLƏNİB)

14:20 Prezident İlham Əliyev şəhid jurnalistləri təltif etdi - SƏRƏNCAM

14:15 Medianın İnkişafı Agentliyi və ADA Universiteti “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara start verib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb