Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

Mədəniyyət / 17.06.2021 14:56

İyunun 16-da Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırmalar Mərkəzinə Yaponiya Fondu (The Nippon Foundation) tərəfindən kitablar hədiyyə olunub.

Təqdimatdan əvvəl ADU-nun rektoru, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında görüş keçirilib. Rektor iki ölkə arasında əlaqələrin günü-gündən dərinləşdiyini, Azərbaycanda Yaponiyaya, onun dilinə, mədəniyyətinə marağın artdığını qeyd edib. Bildirib ki, bu marağı nəzərə alaraq ADU-da yaponşünaslıq ixtisasının tədrisinin daha da genişləndirilməsi və Yaponiya Araşdırmalar Mərkəzinin yeni məkana köçürülməsi nəzərdə tutulur.

Rektor əlavə edib ki, rəhbərlik etdiyi universitetdə yapon dilinin, mədəniyyətinin, tarixinin, siyasətinin tədrisi, mərkəzin fəaliyyət göstərməsi Yaponiyanın Azərbaycanda təbliğində mühüm rol oynayır: "İstərdik ki, analoji olaraq Azərbaycan da Yaponiyada təbliğ olunsun. Yaponiyanın universitetlərində də Azərbaycan mərkəzlərinin yaradılmasını arzu edərdik. Bu həm də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə töhfə olar”.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada diqqətə çatdırıb ki, 2022-ci il Azərbaycan və Yaponiya arasında "Dostluq ili” elan olunub. "Dostluq ili” çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə istiqamətlənən tədbirlər təşkil olunacaq. Azərbaycan haqqında məlumatlılığın artırılması məqsədilə Yaponiyada "Azərbaycan evi” açılacaq: "İnanıram ki, bu, Yaponiyada Azərbaycana olan marağı daha da artıracaq. Bizim fəaliyyətimizdə mədəni əlaqələrin gücləndirilməsi əsas yer tutur. Azərbaycan Dillər Universitetində Yaponiya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərməsindən çox məmnunam. Səfirlik mərkəzin fəaliyyətinin daha genişlənməsi üçün əlindən gələn bütün köməkliyi edəcək”.

ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova Yaponiya və Azərbaycan universitetləri arasında ikili diplom, tələbə mübadiləsi və s. məsələlərlə bağlı fikirlərini bildiriblər.

Universitetin Yaponiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar İbrahimov məlumat verib ki, ADU-nun kitabxanasında yapon dilində 2500-ə yaxın resurs var. Tədbir çərçivəsində isə mərkəzə Yaponiya haqqında 69 kitab hədiyyə olunub.

Tədbirdə Yaponiya Fondunun sədri Yohei Sasakavanın məktubu oxunub. Məktubda qeyd olunub ki, fond "Read Japan Project” (Oxuyaq Yaponiya layihəsi) çərçivəsində kitabların köməyi ilə Yaponiyanın təbliği məqsədilə 2008-ci ildən etibarən ingilis dilində Yaponiya haqqında yazılmış kitabları ianə etməklə məşğuldur. Bu vaxta qədər 138 ölkə və regiona, 1066 kitabxana və araşdırma mərkəzinə 65 mindən çox kitab bağışlayıb.

Məktubda diqqətə çatdırılıb ki, Yaponiya Fondu 2005-ci ildən etibarən Orta Asiyanın altı ölkəsindən Türkiyədəki universitetlərdə və magistraturada oxuyan təxminən 300 təqaüdçü tələbəni dəstəkləyib. Bunlardan 56 nəfəri Azərbaycan vətəndaşıdır. Onlar Yaponiya Mərkəzi Asiya Dostluq Assosiasiyasının üzvləri olaraq, indi də Orta Asiya ilə Yaponiya arasında dostluq əlaqələrini dərinləşdirmək üçün fəaliyyət göstərirlər. Sədrin məktubunda Azərbaycan Dillər Universitetində yaponşünaslıq ixtisasının ən yüksək səviyyədə tədris edildiyi vurğulanıb.

Sonda ADU-nun rektoru, akademik Kamal Abdulla Yaponiyanın Azərbaycandakı səfirinə özünün yapon dilində çap olunmuş kitablarını, Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Kamal Abdullanın baş redaktorluğu ilə 26 dildə nəşr olunan "Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitabının yapon dilində nüsxəsini və hədiyyələr təqdim edib.



SON XƏBƏRLƏR

2021-09-24

18:20 Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

18:00 İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub

17:27 Türkiyəyə keçmək istəyən İŞİD üzvləri yaxalandı

17:19 Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb

17:09 MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

16:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

16:09 Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

16:05 Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

16:04 Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

15:30 İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

13:42 Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb

13:30 Prezident İlham Əliyev: Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər

13:00 Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

12:43 Prezident İlham Əliyev Hadrut əməliyyatı haqqında: Onlar üçün gözlənilməz oldu

12:30 Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

12:04 Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib (YENİLƏNİB)

11:30 Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var - Nazir açıqladı

10:45 Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb