Azərbaycanda kreativ biznesin mühum qolu: xarici turizm necə inkişaf etdirək?! - Ramal Əliiyev yazır

Gündəm / 13.07.2021 10:46

Son bir il yarımda bütün dünya iqtisadiyyatını silkələyən, bəşəriyyətin həyatını dəyişən Covit-19 pandemiyası öz sarsıdıcı zərbələrini Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına, əyləncə və turzm sektoruna, kreativ biznesə də mənfi zərbələr vurdu və əksər sahələrdə geriləmələr baş verdi.

Azərbaycan təkcə yeraltı və yerüstü sərvətləri ilə yox strateji əhəmiyyəti, təbii coğrafi yerləşməsiylə də çox əlverişli imkanlara malik ölkə sayılır. Bu imkanlar isə şərait yaradir ki, ölkəmiz turzim sektorundan da büdcəsinə coxlu gəlir daxil etsin.

Biz ötən əsrin 90-ci illərində dünyanın əksər böyük ölkələrinin nəhəng şirkətləriylə bağladğımız "Əsrin neft müqaviləsi” ilə neft emalımızı sürətləndirdik. Neft və qazımızı dünya bazarına çıxararaq gəlirlərdən maksimum dərəcədə faydalansaq da, iqtiadi faydalılıq baxımından o sahədən heç də geri qalmayan daxili və xarici turizm sektorlarının genişləndirilməsi istiamətində işlərə gec başladıq. Əgər Azərbaycan son 4 ildə əyləngə sektoru və turzmə qoyduğu kapital yatırımını 10 il əvvəldən başlasaydı, qonşu ölkələrdə yaşayanları, eyni zamanda, xarici turistləri ölkəmizə daha çox cəlb edə bilərdik. Güman edirik ki, neft kapitalından asılılığı azaltmaq, qeyri-neft sahələrinin inkişafına dövlət dəstəyinin verilməsi, iqtisadiyyatın şaxələndirilməsi, kreativ biznes və əyləncə sektorlarına, xüsusən də otelçiliyə, turizmə xüsusi marağqları artırdı. Ölkəmizdə keçiriən dünyasəviyyəli mədəni-humanitar tədbirlərinin, idman yarışlarının da respublikamızın xarici turizminin inkişafına xüsusi təkan verdi.

Turizm sektorunun inkişafi ücün təbiət resursların, coğrafi şəraitin olmasaı yetərli deyil. Xüsusən də xarici turistlər ücün müasir 5 ulduzli otellərin tikilib istifadəyə verilməsi, onlarda və restoranlarda xidmət mədəniyyətinin yüksəldilməsi, eləcə də əyləncə-istirahət sektorunun personalların nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən peşəyönümlüvə peşəkarlığın artırılmasına istiqamətlənmiş kursların təşkili kimi amillərə önəm verilməlidir. Təəssüflər olsun ki, respublikamızda paytaxtdakıları çıxmaq şərti ilə, ya 5 ulduzlu otellərdəki xidmət və təqdim edilən servislər beynəlxalq standartlarta uyğun gəlmir, ya da 5 ulduzu otelə görə layiqli xidmət mövcud deyil.

Bu sahədə müəyyən araşdırmalar aparan şəxs kimi biz təklif edərdik ki, yeni tikilən, məhz əcnəbi turistlər ücün nəzərdə tutulan otellərin personalının xidmət səviyyəsini qaldırmaq üçün, bu sahə üzrə uzunmüddətli təcrübələr əldə etmiş qardaş Türkiyənin aparıcı mütəxəssisləri dəvət edilməklə, layihələr həyata kecirilsin.

Geniş ictimaiyyətdə xarici səyahətçilər, xüsusən də Ərəb ölkələrindən gələn əcnəbi turistlərə qarşı davranışı ürəyaçan səviyyədə olmadığına görə respublikamıza son 5 ildəki Şərq ölkələrindən gələn turist axınının zəifləməsinə səbəb oldu. Bizim insanlar bir tərəfdən onların ölkəmizə gəlib valyuta xərcləməsini istəyir, digər tərəfdən də onları bura gəlməsinə maneə olmağa çalışırıq. İnternet saytlarında və müxtəlif sosial şəbəkələrdə bu problemlərlə bağlı yayımlanan çoxsaylı materiallardan da görünür ki, ölkə vətəndaşları xarici turizmin "nazıyla oynamadan” kreativ biznes qurmaq, əyləncə və istirahət sektorunda milyarlar qazanmaq istəyir.

Əgər biz iqtisadi potensialı yüksək olan bu sektorun sürətli inkişafın arzulayırıqsa, xarici turist qəbul etmək, onlara yüksəksəviyyəli xidmət və servis təqdim etməyi bacarmalıyıq. "Şıltaq”, "tezinciyən” əcnəbi qonaqlar ölkəmizə istirahətlərini səmərəli təşkil etmək istəyini normal qarşılamalıyıq: onlara səbr göstərməyi bacarmalıyıq.

Etiraf etməliyik ki, bu sahəyə maddi vəsaitini qoyaraq biznesini yaradan iş adamları – otelçilər, turizm şirkətlərinin sahibləri maddi cəhətdən zəif turistin gəlməsindənsə, maliyyə imkanları daha yüksək olan varlı xaricilərin ölkəmizə gəlməsində maraqlıdırlar. Söz yox ki, bu qəbil turistlərin öz ciddi tələbləri olur: imkanlılar istirahət ücün bir ölkəni seçməmişdən əvvəl oranın coğrafi mövqeyini, təbiət şəraitlərini, loqistik imkanlarını, xoş iqlimini öyrənir, eləcə də dəniz və çimərlik, meşə və dağ, ov ücün məkanlar, qış mövsümündə xizək sürmək ücün yerlər, bir sözlə, istirahət üçün vacib sayılan digər şəraitlərinin olub olmadığını analiz edərək qərar verirlər.

Bizim bəzi işbazlarımız isə istəyir ki, xarici turistlər ölkəyə gəlsin, sadəcə, otellərdə qalıb gecələsinlər, pullarını xərcləyib sakitcə də dövlətlərinə qayıtsınlar. Xarici turistlərə pul kisəsi kimi baxan bir sıra otelçilər, şirkət sahibləri, nəqliyyatçılar fikirləşirlər ki, onlar nə dənizə görə, nə də, tutalım, ov etmək üçün respublikamızı ziyarət edirlər. Belə mənfi hallar isə təbii ki, xarici turistləri qane salmir. Ölkəmizə ilk dəfə gələn xarici turist ikinci səfər bura qayıtmağa həvəs göstərməz: bu isə milli kreativ sənayemizə əsl anti-reklamdir.

Xarici turistlər çox həssas təbəqə sayılır və onlara yanaşma incəliklər tələb edir. Sadə dillə ifadə etsək, siz kiminsə evinə qonaq gedirsiz, əgər üzünüzə yaxşı baxmasalar, bir də ora qayıdacaqsızmı?!

Bu mənada Azərbaycanımızın potensialı çox böyükdür. 11 iqlim tipi, dəniz ahilindəki mirvari – Bakı nefti, Şimaldakı zirvəsi qarlı dağlar, Cənubdakı Talış dağları, zümrüd meşələr, Gəncə-Tovuz, Aran, Muğan və başqa bögələrimizin turizm potensialı hələ də axıra qədər açılmayıb.

Tarixi abidələr, palçıq vulkanları, şəlalələr, təbiət parkları, ovçuluq məkanları, göllər, çöllər,dağlar, meşələr, parklar, mətbəx təamları, orqanik məhsullar, bir sözlə, beynəlxalq turizm marşurutu üçün vacib olan bütün imkanlara malikik, amma gəlin baxaq, onlardan lazımi səviyyədə yararlanırıq?

Bircə faktı sadalayaq: ölkəmiz, az qala, 6-7 aylıq cimərlik mövsümünü davam etdirilməsi mümkün olan, dünyanın ən böyük gölü sayılan Xəzər dənizindən lazimi səviyyədə istifadə olunurmu? Çimərliklərimiz ekoloji və sanitarik cəhətdən normal vəziyyətdə deyillər.

Ölkəmizə gələn əcnəbi turistlərin böyük əksəriyyəti əsasən ərəblər və müsəlmanlar təşkil etdiyinə görə nəyə görəsə indiyə qədər bizdə "halal otel”,”hala çimərlik”, "halal istirahət mərkəzləri” təşkil olunmur. Qlobalistlər və liberallar nə qədər etiraz etsələr də, qadın və kişilər, eləcə də ailəlilər üçün çimərliyin, taksi xidmətinin, restoranların olmaması Şərq ölkələrindən gəlişini gözlədiyimiz turistlərin böyük hissəsi hələ də gözləmə mövqeyini tuturlar.

Amma sadaladıqlarımız qonşu Türkiyədə, hətta bir sıra Avropa ölkələrinin istirahət məkanlarında artıq sınaqdan çıxarılır. Niyə də bizim ölkədə olmasın?! mövcuddur.

Bəs "halal” anlayışlı istirahət subyektləri əsasən kimlərə hesablanır?! Ailəlilər və qadınlar ücün nəzərdə tutulmuş otellər, mehmanxanalar, motellər (hovuzda, saunada və s. rahat immək şəraiti ) və çimərlikləri özündə birləşdirən bu tipli yerlərdə adətən əksər, bəzən isə bütün xidmət personalı qadınlardan ibarət olur.

Təbii ki, bu təklifimiz həm ölkəmizdəki İslam dininə əməl edən müsəlmanların istirahəti, həm də ölkəyə gələn əcnəbi turistlərin əsasını təşkil edən ərəb mənşəli qonaqlar ücün vacib sayılan problemə aiddir.

Xarici turizim sektorunun inkişafi ücün ən əsas amillərdən biri də hər hansı bir ölkənin qədim tarixi abidələrinin qorunub mühafizəsi, gələnlərin ziyarətləri üçün açıq olmalarını təmin etməkdir. Bizim ölkəmizdə lazımi qədər qədim tarixi və təbiət abidələri mövcuddur. Bu abidələrin bəzilərinin əsaslı restavrasiyasına ehtiyac duyulur.

Onlardan birini misal olaraq göstərə bilərik. Postpandemiya dövründə əcnəbi turislərinin xüsusi maraq göstərdikləri Lənkəran şəhərində yerləşən, el arasında "zindan, turmə” adlandırılan "Dairəvi qala” hazırda uçma təhlükəsi altındadır. Orta əsrlərin bu unikal tikilisi vaxtilə sabiq SSRİ-nin rəhbəri İosif Stalinin cəza cəkdiyi tarixi qaladır. Bu məsələni dəfələrlə işiqlandırsaq da, təssüflər olsun ki, hələ də əməli bir tədbir görülmür, təmirinə başlamayıblar.

Unutmaq olmaz ki, belə abidlər bizim milli-mədəni, tarixi sərəvətimiz sayılmalıdır və biz onları vaxtında, vaxtaşırı təmir etməsək, bir necə il sonra tamam sıradan çıxacaqlar.

İnanırıq ki, önümüzdəki 5 ildə turzm sektoru daha da inkişaf edəcək: düşməndən azad olunmuş gözəl Qarabağımız və ətraf rayonlarımızın təbiəti, dağları, bulaqları, meşələri ilə xarici turustlərin marağına səbəb olacaq…

Ramal Əliyev,

Vətəndaş Cəmiyyəti Alyansı İH-nin üzvü,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavini

Analitik-ekspert



SON XƏBƏRLƏR

2021-09-24

18:20 Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

18:00 İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub

17:27 Türkiyəyə keçmək istəyən İŞİD üzvləri yaxalandı

17:19 Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb

17:09 MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

16:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

16:09 Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

16:05 Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

16:04 Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

15:30 İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

13:42 Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb

13:30 Prezident İlham Əliyev: Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər

13:00 Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

12:43 Prezident İlham Əliyev Hadrut əməliyyatı haqqında: Onlar üçün gözlənilməz oldu

12:30 Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

12:04 Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib (YENİLƏNİB)

11:30 Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var - Nazir açıqladı

10:45 Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb