“Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib (FOTO)

Gündəm / 13.07.2021 17:06

Bu gün Azərbaycan Mətbuat Şurasında "Xocalının səsi” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, mətbuat hər bir xalqın tarixində misilsiz rol oynayan düşüncə mərkəzidir. "Əkinçi” də bu rolu oynamışdı, ötən əsrin əvvəllərində işıq üzü görmüş qəzet və jurnallarımız da.

"Mətbuatımız XX əsrin sonlarına doğru da eyni missiyanı təkrarladı. Həmin dövrdə yaranmış qəzetlərimiz xalqın milli şüurunun oyanışına misilsiz töhfələr verdilər, haqq savaşımızın informasiya cəbhəsində dayandılar, həqiqətlərimizi, məhrumiyyətlərimizi çatdırmaq, faciələrimizi bəyan etmək yolunda əzmlə çalışdılar. Belə nəşrlərdən biri də "Xocalının səsi” qəzeti idi. Çətin və mürəkkəb şəraitdə yaranmış bu mətbuat orqanı yalnız bir rayonun təmsilçisi olmadı, eyni zamanda Xocalı dəhşətinin hayqıran söz tribunasına çevrildi. 30 il ərzində o dəhşət nəşrin səhifələrinə daşındı. Bu günün "Xocalının səsi” qəzeti də 30 il əvvəlki ənənələrinə sadiqdir, öz dəst-xəttini qoruyur. Ə.Amaşov çıxışının sonunda "Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğluna Mətbuat Şurası tərəfindən nəşrə ünvanlanmış təbrik plaketini təqdim edib.

Toplantıda çıxış etmiş MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yubilyar nəşrə təbriklərini çatdırıblar. Onlar həmçinin qəzetin qarşıdakı dövrdəki fəaliyyətinin dövrün tələbləri səviyyəsində daha intensiv və səmərəli qurmasının əhəmiyyətindən söz açıblar.
Toplantıda çıxış edənlərdən Xankəndi seçki dairəsindən Milli Məclisin sabiq deputatı Flora Qasımova, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Məzahir Süleymanzadə, Akif Cabbarlı, Bəbir Hüseynov, Rafiq Hacıyev, həmçinin "Xocalını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, yazıçı-publisist Azər Hacıbəyli, Azərbaycan Tibb Universiteti rektorunun müşaviri, tibb elmləri doktoru Mübariz Allahverdiyev, "Xocalının səsi” qəzetinin Birinci Qarabağ Müharibəsi zamanında şəhid olmuş əməkdaşı, nəşrin fəaliyyət göstərməsinə böyük əmək sərf etmiş Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı sakini Mehriban Həsənova, səkkiz gün erməni əsirliyində qalmış Xocalı sakini Dürdanə Ağayeva və başqaları 30 illik yubileyini qeyd edən nəşri Xocalı ictimai, ədəbi və bədii mühitinin siması kimi dəyərləndiriblər. Onlar həmçinin müxtəlif illərdə nəşrin hansı məhrumiyyətlərə qatlaşaraq fəaliyyət göstərməsinə dair maraqlı faktlar açıqlayıblar. Toplantıda "Xocalının səsi”nin 30 illik tarixinin həm də Azərbaycan tarixinin mühüm parçası olduğu vurğulanıb, bu tarixin yaşadılmasında əməyi keçənlərə minnətdarlıq duyğuları ifadə olunub.

Sonda çıxış edən "Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu toplantı iştirakçılarına təşəkkürlərini çatdırıb. Nəşrin hazırkı dövrdəki fəaliyyət istiqamətləri barədə məlumat vermiş baş redaktor onun müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərin üzərində dayanıb. Q.Bəyməmmədoğlu eyni zamanda Sərdar Həmidov başda olmaqla 30 il əvvəl nəşri ərsəyə gətirmiş, eləcə də ötən müddətdəki fəaliyyətini təmin etmiş şəxslərə təşəkkürünü bildirib, fikrini bu şəxslərin fədakar əməyinin örnək məqamlarından söz açaraq tamamlayıb.



SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb