Xalqa və dövlətə xidmət məramı

Siyasət / 14.07.2021 09:09

Tarix sübut edir ki, məzmunundan, miqyasından və formasından asılı olmayaraq bütün siyasi proseslərin uğurlu nəticəsi ilk növbədə xalqa və dövlətə liderlik edənlərin qətiyyəti və düzgün mövqeyi ilə təmin olunur. Belə liderlər həm də öz müdriklikləri, atdıqları addımları ilə tarixi proseslərin gedişatını dövlətin və xalqın mənafeyi naminə nizamlamağı bacarırlar. Bununla da onlar özləri tarixin müəllifinə çevrilirlər.

İyulun 14-də Azərbaycana ilk dəfə rəhbərliyə başlamasının 52-ci ili tamam olan dahi öndər Heydər Əliyevin ömür yolu və siyasi fəaliyyəti sübuta yetirdi ki, yalnız böyük şəxsiyyətlər tarixin gedişində ən dəyərli nümunələrin müəllifi olmağı bacarır, dövlətinin və xalqının şərəfli tarixini yaradırlar.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, inkişaf mərhələsinin və ən əsası, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyulmuşdur. Bu baxımdan Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu Öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu. Sovet rejiminin sərt ideoloji tələblərinə baxmayaraq, Heydər Əliyev xalqımızın milli dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi kimi məsələlərdə də müdrik fəaliyyət həyata keçirmişdi ki, bu da milli-mədəni inkişafda böyük dəyişikliklərə yol açmışdı. Ona görə yalnız sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini şüurlardan silə bilmədi.

Bu gün müstəqil Azərbaycanın cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə möhtəşəm uğurları fonunda ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin xalqımıza və dövlətimizə bəxş etdiyi inkişafın mahiyyətini daha dərindən anlayırıq. Bəli, Heydər Əliyev hələ sovet dövründəki tarixi missiyası ilə, yəni Azəbaycanı yüksəliş yoluna çıxarmaqla, xalqımızın milli düşüncəsini qorumaqla həm də bugünkü müstəqilliyimizin təməlini yaratmışdı. Baş verən dəyişikliklərin miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illərin tədqiqi müasir tariximizin daha dərindən öyrənilməsi baxımından böyük önəm daşıyır.

İyul ayı Heydər Əliyevin adı ilə bağlı başqa bir tarixlə də əlamətdardır. 1990-cı il iyulun 22-də Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı imperiya qüvvələri ilə mübarizənin daha da kəskinləşməsinə və Naxçıvandan başlanan milli dirçəliş prosesinin bütövlükdə Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Muxtar respublikanın ən yeni siyasi tarixinin keşməkeşli dövrləri də məhz Ulu Öndərin adı ilə bağlıdır. 1990-cı ildə yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Naxçıvana qarşı ərazi iddialarını silah yolu ilə gerçəkləşdirmək qərarına gəlmişdilər. Naxçıvan çətin sınaqlar qarşısında qalmışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıdakı faciədən əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasında da qan tökdülər. Daha sonra erməni quldur dəstələri Naxçıvanın Kərki kəndini işğal etdilər. Muxtar respublikanın nəqliyyat-kommunikasiya xətləri ermənilər tərəfindən kəsiləndən, tam iqtisadi blokadaya alınandan sonra Naxçıvanda iqtisadi böhran daha da dərinləşmişdi.

Yalnız xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı bu qədim Azərbaycan torpağının xilasını təmin etdi. Heydər Əliyevin qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində erməni qəsbkarlarının Naxçıvanı işğal etmək planları puç oldu, muxtar respublika tarixin ən sərt sınaqlarından üzüağ, alnıaçıq çıxdı. Ulu Öndərin böyük səyləri nəticəsində muxtar respublikanın tarixində yeni dövrün əsası qoyuldu. Heydər Əliyevin Moskvadan Bakıya, oradan da Naxçıvana qayıdışı geniş mənada bu qədim diyarın qurtuluşu oldu.

Heydər Əliyev Naxçıvanda mənalı və keşməkeşli həyatının ən çətin və şərəfli bir mərhələsini yaşadı. İlk dəfə olaraq məhz Ulu Öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, eyni zamanda 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi bu qədim diyarın dövlət müstəqilliyimizə ən layiqli töhfələridir.

1992-ci ildə Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizin ən böyük siyasi hadisələrindən biridir. Çünki xalq yalnız Heydər Əliyevə inanırdı. İnsanlar bilirdilər ki, ölkəmizi təlatümlü burulğanlardan yalnız Heydər Əliyev çıxara bilər. Elə buna görə də xalqın etimadını doğrultmaq istəyindən ruhlanan Heydər Əliyev çətin məqamlarda məsuliyyətli missiyanı üzərinə götürdü, ölkəmizin müstəqilliyini qorudu, onu parçalayıb məhv olmaqdan xilas etdi, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

Dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son 18 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Bu dövrdə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi, sosial-iqtisadi inkişaf istişamətində mühüm göstəricilərə nail olundu, Azərbaycanın beynəlxalq imici yüksəldi. Ötən il isə cənab İlham Əliyev torpaqlarımızı azad etməklə xalqımızın yeganə ağrılı probleminə son qoydu. Möhtərəm Prezidentimizin dediyi kimi, bununla həm də ata vəsiyyətini yerinə yetirdi.

Qarşıda dövlətimizi daha böyük nailiyyətlər və möhtəşəm inkişaf nümunələri gözləyir. Heydər Əliyev yolunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyev müdrik, qətiyyətli və uzaqgörən siyasəti ilə dövlətimizin davamlı və sürətli yüksəlişini bundan sonra da layiqincə təmin edəcək.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı



SON XƏBƏRLƏR

2021-09-17

18:05 Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

17:50 Əməkhaqqı fondunda artım qeydə alınıb

16:40 Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib

16:37 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

15:50 Xarici müşahidəçilər Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar - Ombudsman

15:32 Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib

15:30 Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasının bir qrup əməkdaşını təltif etdi

15:25 Bakı Musiqi Akademiyasının əməkdaşlarına Prezidentin fərdi təqaüdləri verildi

14:37 QHT-lərə Dövlət Dəstəyi Agentliyi ictimai müzakirə təşkil edəcək

14:00 Şuşanın Türk dünyasının mədəniyyət paytaxtına namizədliyi təqdim olunub

13:10 Ermənilər Azıx mağarasından 90 qutu maddi sübut aparmaq istəyirdilər - İsa Həbibbəyli

12:12 AMEA-nın müxbir üzvü vəfat edib

11:20 Müharibədə iştirak etmiş 30 mindən çox şəxsə sosial xidmət göstərilib - Nazir

11:05 Payız-qış aylarında koronavirus arta bilərmi? – Baş infeksionistdən açıqlama

10:37 Yol polisindən həftəsonu sərnişin daşıyanlara xəbərdarlıq

10:30 Azərbaycanla münasibətlərimiz daha da dərinləşəcək - Pakistan Prezidenti

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb