Polis Bakıda əməliyyat keçirdi: "Patı" satanlar saxlanıldı

Cəmiyət / 15.07.2021 10:50

Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında əməliyyatlar həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərlərindən və Kamil Rəşidovun idarə etdiyi "Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə 9 kiloqram heroin və 1 kiloqram 50 qram "patı” "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və "patı” adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli imiş

Baş İdarə əməkdaşlarının Yasamal və Xətai rayonlarında həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Vüsal İbrahimov və Babək Ağayev saxlanılıblar. Həmin şəxslərdən, həmçinin, onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165 qram metamfetamin, eləcə də, heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının paytaxtın Nizami rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər əvvəllər məhkum olunmuş Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə 7 qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşlarının Nərimanov rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumilikdəm 725 qram heroin və "patı”, "şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar olunub.

Baş İdarə əməkdaşları tərəfindən Xəzər rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan Binə qəsəbəsi sakini Cavid Cəfərov və Buzovna qəsəbəsi sakini Şahrza Məlikov saxlanılıblar. Onlardan müvafiq olaraq 150 və 67 qram heroin və metamfetamin aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş İdarənin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Həmin məlumatları göndərən şəxslərə Baş İdarə adından təşəkkürümüzü bildirik.




SON XƏBƏRLƏR

2022-08-12

19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib

18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"

18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"

18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"

17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"

17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib

17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"

17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"

16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"

16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır

16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"

16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb

16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"

15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib

14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB

10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib

2022-08-02

11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub

11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"

11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb

11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"

11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"

11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb

10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək

09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

Product image

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları