Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib (FOTO)
İqtisadiyyat / 15.07.2021 11:15

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Trend xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş rayonların ərazisində aparılan radioloji və radioekoloji tədqiqatların ilkin nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.
İclasda Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparıldığı və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırıldığı, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işlərinin aparıldığı qeyd edilib. Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və sair avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib. İclasda aparılan müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə icra ediləcək infrastruktur layihələri üzrə layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması proseslərinin sürətləndirilməsi, həmçinin ərazilərin minalardan təmizlənməsi işlərinin proritetlik nəzərə alınmaqla tərtib edilən icra qrafiklərinə uyğun davam etdirilməsi, hazırda işğaldan azad edilmiş ərazilərin rabitə təminatında mühüm rol oynayan mobil və xüsusi rabitə şəbəkələrinə aid baza stansiyası qurğularının daimi elektrik enerjisi ilə təminatı məsələlərinin vacibliyi vurğulanıb, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi üzrə müvafiq qərarlar qəbul edilib.
İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
2022-08-12
19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib
18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"
18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb
18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"
17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"
17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib
17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib
17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir
17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"
16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır
16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub
16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb
16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"
15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib
14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu
08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib
2022-08-02
11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub
11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"
11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb
11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"
11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb
10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq
10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları