Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi

Gündəm / 16.07.2021 19:51

Prezident İlham Əliyev "Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Trendxəbər verir ki, Fərmanla qərara alınır:

- "Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 5-ci hissəsinə əsasən hazırlanmışdır və həmin maddənin 4-cü hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

2. Vəsaitdən istifadə edilməsi

2.1. Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçirilir.

2.2. Vəsaitin uçotu "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

2.3. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

2.4. Azərbaycan Respublikasının Baş Prokurorluğu vəsaitdən istifadəyə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

2.5. Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında müvafiq Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

2.6. Vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Baş Prokurorluğunun sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

3. Vəsaitdən istifadə istiqamətləri

3.1. Vəsaitin prokurorluq işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.1.2. bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.1.3. işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.

3.2. Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

3.2.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.2.2. inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

3.2.3. beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

3.2.4. Azərbaycan Respublikası Baş Prokurorluğunun internet informasiya ehtiyatlarına, habelə "Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılmasına;

3.2.5. maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

3.3. Vəsaitin 50 faizi bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

3.4. Verilən mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Azərbaycan Respublikasının Baş prokuroru müəyyən edir.

3.5. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında” və "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

4. Keçid müddəası

"Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 aprel tarixli 307-VIQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən, 2020-ci il iyulun 1-dən bu Qayda qüvvəyə minənədək daxil olan vəsaitdən bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq istifadə edilir.




SON XƏBƏRLƏR

2021-07-26

18:09 İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

17:47 Döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur - MN

17:45 Qələbədən sonra Cənubi Qafqazda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb - Deputat

17:06 Bərbərxana və gözəllik salonlarında müştərilərdən COVID-19 pasportu tələb olunmayacaq

17:02 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət ed

16:41 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:39 Azərbaycanda 272 nəfər COVID-19-dan sağalıb, 80 nəfər yoluxub

16:38 Casusluqda ittiham olunan ermənilərin məhkəmə prosesi iyulun 28-nə qədər təxirə salınıb

16:06 Teatr və kinoteatrların açılması müzakirə olunur - Şahmar Mövsümov

15:34 Operativ Qərargahdan ictimai nəqliyyatın həftəsonları işləməsi məsələsi ilə bağlı AÇIQLAMA

15:03 Peyvənd və ya immunitet sertifikatı tələb olunacaq iş yerləri - SİYAHI

14:59 Nazirlər Kabineti COVID-19 pasportu ilə bağlı qərar verdi

14:04 Ermənistanın qeyri-konstruktiv mövqeyi üçtərəfli bəyanatların tam icrasına mane olur - Ceyhun Bayramov

13:32 İctimai aktivist, iş adamı Ramal Əliyev nüfuzlu biznes mükafatına layiq görüldü

13:14 Azərbaycanın Türkiyəyə yeni səfiri təyin edildi

11:32 AKP ilə YAP arasında mükəmməl münasibət var - Numan Kurtulmuş

10:55 Yasamalda körpəsini daşın üzərinə qoyub narkotik qəbul edən qadınla bağlı araşdırma aparılıb

10:07 Eldar Quliyev “Şərəf” ordeni ilə təltif edilib

2021-07-20

09:56 Vətəndaş cəmiyyəti sektorunda uğurlu ictimai islahatlar

2021-07-16

19:51 Prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qayda təsdiqləndi

19:23 Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir - Şahin Mustafayev

18:44 İşgəncələrə Qarşı Azərbaycan Komitəsi DTX təcridxanasında saxlanılanlara baş çəkib

18:00 Zəngəzur dəhlizi üzərindən əlaqə yaratmaq üçün yeni fürsətlər ortaya çıxıb - Çavuşoğlu

17:22 Qarabağın azadlığı mübarizəsində əldə olunan zəfər bütün dünyanın diqqətini çəkib - Ərdoğan

16:25 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

16:22 Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, ölən yoxdur

15:45 Xanımlarımız avtomobil sükanı arxasına keçə bilərlər? Analiz. İctimai polemikaya Ramal Əliyev qoşuldu

14:25 Ordubad Su Elektrik Stansiyasının tikintisinə əlavə beş milyon manat ayrıldı - SƏRƏNCAM

14:06 Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN

13:08 Zərərçəkmiş tərəf Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb (ƏLAVƏ OLUNUB)

12:34 Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

11:14 Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

11:07 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:39 AVRO-2020 üçün akkreditasiyası olan şəxslər dəmir yolu ilə ödənişsiz daşınacaq

Product image

18:18 Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm - Mik Şumaxer

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb