Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir - Şahin Mustafayev
İqtisadiyyat / 16.07.2021 19:23

Azərbaycan Cənubi Asiya ölkələri üçün MDB və Şərqi Avropa bazarlarına çıxış imkanları yaradan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir.
Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev "Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.
O bildirib ki, regional əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycan regionda sabitlik və təhlükəsizliyin dəstəklənməsində və iqtisadi çiçəklənməsində maraqlıdır: "Azərbaycan öz tərəfdaşları ilə birgə Çinlə Mərkəzi Asiya və Avropa ölkələri arasında tranzit yüklərinin daşınmasını təmin edən Şərq-Qərb nəlqiyyat dəhlizini səmərəli şəkildə inkişaf etdirir. Azərbaycan Çinin "Bir kəmər - bir yol" təşəbbüsünü dəstəkləmiş ilk ölkələrdən olub. 2015-ci ildə iki ölkə İpək yolunun birgə təşviqi və iqtisadi faydası barədə memorandum imzalayıb. Bu istiqamətdə fəal əməkdaşlıq həyata keçirilir".
Naş nazirin müavini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan tərəfdaşları İran və Rusiya ilə birgə Hindistana və digər Cənubi Asiya ölkələrinə MDB və Şərqi Avropa bazarlarına çıxış imkanları yaradan bu nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir.
Ş.Mustafayev əlavə edib ki, Dünya İqtisadi Forumunun məlumatlarına əsasən, Azərbaycan avtomobil yolları infrastrukturunun keyfiyyətinə görə, dünyada 27-ci, dəmiryol xidmətlərinin səmərəliliyinə görə, 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, liman xidmətlərinin səmərəliliyinə görə 25-ci yerdədir: "Azərbaycan regional layihələrin inkişafına xüsusi əhəmiyyət verir. Hətta koronavirus pandemiyası fonunda beynəlxalq nəqliyyat və enerji kommunikasiyaları fasiləsiz funksiyası üçün bütün tədbirləri görüb".
2022-08-12
19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib
18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"
18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"
18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb
18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"
17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"
17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib
17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib
17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir
17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"
16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır
16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub
16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb
16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"
15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib
14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar
08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu
08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib
2022-08-02
11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub
11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"
11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb
11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"
11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb
10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq
10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək
09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları