Vətəndaş cəmiyyəti sektorunda uğurlu ictimai islahatlar
Xəbər / 20.07.2021 09:56

16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin milli dəyərlərin təbliği və vətənpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lərlə onlayn görüşü keçirildi. Görüşdə yeni yaranmış Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə məlumat verilib, həmçinin görüşə qoşulan QHT-lərin inkişafına mane əsas problemləri və onların həll yolları, gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparıldı.
XXI yüzillikdə yaşayırıq, sürət əsridir və hər şey sürətlə dəyişir. Ölkəmizdə bir çox sahədə geniş islahatlar getdiyi kimi, vətəndaş cəmiyyəti sektorunda da yeniləşməyə ehtiyac duyulurdu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv olunraq yerinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması məhz bu sahədəki uğurlu islahata dəlalət edir.
Əvvəlki komandanın yaxşı ənənələrini inkişaf etdirəcəyinə inandığımız Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bundan sonra da elmə, təhsilə və milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ayıracağına inanırıq. Düşünürük ki, Agentlik xüsusilə mənəvi dəyərlərlə bağlı layihələrin dəstəklənməsinə önəm verəcək.
Qarabağa, o cümlədən doğulduğum Kəlbəcərə məcburi köçkünlərin geri dönmələri üçün "Böyük Qayıdıs" dövlət proqramına QHT-lərin də öz töhfələri olmalıdır!
Bu baxımdan, o bölgənin mədəniyyəti, ədəbiyyatı, tarixi, folkloru və etnik-psixoloji düşüncəsinin yenidən tədqiqatlara cəlb olunmasına ehtiyac var.
Eyni zamanda, ictimai və mədəniyyət xadimlərinin geniş kütlələrin yenidən öz doğma ocaqlarına qayıtmaları üçün birləşərək aidiyyəti orqanlar qarşısında müəyyən əməli planlar təqdim etməsi də günümüzün vacib məsələlərindəndir.
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi nəticəsində möhtəşəm qələbə əldə etdik, qədim torpaqlarımızı geri qaytardıq. İndi isə bu qələbənin davamı olaraq QHT-lərimiz aktual proqram və layihələrlə dövlətimizin yanında olmalıdırlar.
Məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması, orada yeni iqtisadi dirçəliş proseslərində, bərpa-tikinti, kənd təsərrüfatının inkişafında yeni imkanların tapılması, fərqli iş yerlərinin yaradılması məsələlərində ictimai sektor mütləq iştirak etməli, bu istiqamətlərdə sosial sifarişlər almalıdır!
Qarabağın sosial-mədəni, təhsil və pedaqoji, ictimai-siyasi həyatında QHT üzvləri fəal iştirak etməlidir!
İşğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, «Böyük Qaydış» proqramının sürətlə yerinə yetirlməsi, bərpa və quruculuq işlərinin aparılması, iqtisadiyyat, türizm, kənd təsərüffatının inkişaf etdirilməsi, öz yurdlarına birdəfəlik qayıdan insanlarla bağlı QHT-lər müəyyən layihələr, sosial sifarişlər həyata keçirə bilərlər.
Bir anlıq düşünək: əgər qaytarılan müqəddəs torpaqlarımıza məcburi köçkünlərin ellikcə qayıdışı olmayacaqsa, gənclərimizi, orta nəslin nümayəndələrini və yaşlılarımızı bu qayıdışa hazırlamayacağıqsa, qələbənin möhtəşəmliyinə kölgə salına bilər.
Qarabağa qaydış, işğal altında qalmış və azad edilmiş rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin tarixi mütləq araşdırılmalı, gənclərə tanıdılmalıdır. Bu qədim yurd yerlərimizin bugünkü inkişafı, eyni zamanda mədəniyyəti, etnoqrafiyası, həm keçmişdəki, həm də indiki adət-ənənələri, əslən oradan olan gənclərin intellektual inkişafı, mənəviyyat problemləri, ailə institutları, ictimai təsisatları ilə bağlı məsələləri özündə əks etdirən, onların daha da zənginləşməsinə təsir edən müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verilməsinin vacibliyi günümüzün əsas prioritetlərindəndir. Biz bütün bunları geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.
"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi indiyə qədər məhz müxtəlif nəsil insanların mənəvi təkamülünə təsir edə biləcək müxtəlif samballı layihələr həyata keçirib. İnandırmaq istəyirik ki, bundan sonra da bu tipli layihələri həyata keçirəcəyik. Arzu edirik ki, Agentlik ziyalılardan, alimlərdən ibarət olan təşkilatımızın layihələrini dəstəkləsinlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin intellektual inkişaf və mədəniyyətlə bağlı layihələrin dəstəkləməklə yanaşı, dünya azərbaycanlılarının birləşdirə biləcək milli-mənəvi dəyərlərimizin qlobal maştabda yayılmasına təkan verən layihələri də dəstəkləməsini təklif edrik.
Cəmilə Çiçək (İsbəndiyarova),
tədqiqatçı-jurnalist,
prezident təqaüdçüsü,
filologiya üzrə fəlsəfə doktoru,
"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
12:53 Yaşar Gülər Zakir Həsənovu təbrik etdi
12:53 Nazir bütün istiqamətlərdə uğur qazanıldığını AÇIQLADI
12:40 "Ordumuzun Xankəndiyə hücum etməsi tamamilə yalandır" -Müdafiə Nazirliyi
11:44 Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ
11:39 "Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev
11:22 Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi
11:15 Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürdü
10:30 Ordumuz Ağdərənin Çərəkdar kəndində
10:00 "Erməni silahlı qüvvələri tərksilah edilir" - Hikmət Hacıyev
2023-09-20
18:02 "Bakı İrəvanla danışıqlar aparmağı planlaşdırmır" - Ceyhun Bayramov
17:52 “Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb” - Hikmət Hacıyev
17:49 “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək” - Elçin Əmirbəyov
17:47 Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA
17:07 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
17:06 Ulu öndərlə olan xatirə fotosunu Prezidentə təqdim etdi
17:02 Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: “ASALA təhlükəsi var”
16:55 "Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq" - Cevdet Yılmaz
16:36 İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
16:23 İlham Əliyev görkəmli siyasətçi, Paşinyan isə uğursuzdur - Korotçenko
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları