Qələbədən sonra Cənubi Qafqazda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb - Deputat

Siyasət / 26.07.2021 17:45

Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb. Bunların hər biri çox ciddi və dərin təhlil tələb edir və həmin reallıqlar sırasında otuz ilə yaxın davam etmiş və artıq tarixə qovuşan münaqişənin məntiqi nəticəsi kimi uzun müddət beynəlxalq leksikonda istifadə edilən bəzi məfhumların tamamilə aradan qaldırılması diqqət çəkir. Əlbəttə ki, bu yanaşma ilk növbədə keçmiş münaqişənin kontekstində istifadə edilən Dağlıq Qarabağ termininə və "status” məsələsinə aiddir.

Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.

N.Səfərov bildirib ki, Azərbaycan parlamenti müstəqilliyimiz bərpa edildikdən bir ay sonra, 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ muxtar vilayətini ləğv edib:

"Sonrakı dövrdə Dağlıq Qarabağ termininin istifadə edilməsi müvafiq ərazi ilə deyil, yalnız silahlı münaqişə ilə bağlı olub. Bunun təsdiqi istər beynəlxalq sənədlərdə, istərsə də diplomatik danışıqların gedişini əks etdirən rəsmi materiallarda tapıla bilər. Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvələr mövcud olmuş münaqişə ilə bağlı müxtəlif görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ sözlərindən istifadə edib və ölkəmizin əldə etdiyi möhtəşəm qələbədən sonra artıq terminoloji yanaşma tamamilə dəyişib.

Ümumiyyətlə, Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanında, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) öz əksini tapıb”.

Deputat qeyd edib ki, ikinci mühüm məsələyə - "status"a gəldikdə, bu, ümumiyyətlə siyasi və hüquqi gündəlikdə olmayan bir məsələdir və müzakirə predmeti deyil:

"Xatırlatmaq istərdim ki, beynəlxlaq hüquqa zidd "status” məsələsini və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi cəhdi Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin katalizatoru rolunu oynamışdır və nəticə etibarı ilə bütövlükdə regionun təhlükəsizliyinə uzun müddət ciddi təhdid yaratmış, Azərbaycan xalqına qarşı soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrlə nəticələnmişdir.

Dövlət başçısının bu məsələyə çox aydın, müasir beynəlxalq hüquqa əsaslanan yanaşması yaxşı məlumdur və artıq yeni geosiyası reallıqlar beynəlxalq müstəvidə də öz təsdiqini tapır. Buna sübut olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ümumiyyətlə nə "Dağlıq Qarabağ” və də "status” terminlərinin istifadə etməməsini qeyd etmək olar. Təxminən 25 min əhalisi olan bir əraziyə müəmmalı "statusun” verilməsi məsələsinin gündəmə gətirilməsi belə absurd bir şeydir və əgər hansısa bir dövlət bunu dəstəkləmək istəyirsə, öz ərazisində ermənilərə arzuladığı statusu verə bilər. Ancaq tam məsuliyyətlə qeyd edilməlidir ki, istər müasir beynəlxalq hüquqda, istərsə də müqayisəli məhkəmə təcrübəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn cəhdlərə çox sərt mövqe sərgilənir və etnik separatçılıq meyillərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır”.



SON XƏBƏRLƏR

2021-09-24

18:20 Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

18:00 İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub

17:27 Türkiyəyə keçmək istəyən İŞİD üzvləri yaxalandı

17:19 Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb

17:09 MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

16:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

16:09 Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

16:05 Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

16:04 Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

15:30 İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

13:42 Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb

13:30 Prezident İlham Əliyev: Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər

13:00 Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

12:43 Prezident İlham Əliyev Hadrut əməliyyatı haqqında: Onlar üçün gözlənilməz oldu

12:30 Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

12:04 Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib (YENİLƏNİB)

11:30 Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var - Nazir açıqladı

10:45 Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb