Metroda 4 yeni qatar xəttə buraxılıb

Gündəm / 03.08.2021 10:28

Bu gün Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb.

"Bakı Metropoliteni" QSC-dənTrend-ə verilən məlumata görə, bununla 2019-cu ilin oktyabr ayında Rusiyanın "Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.

Qeyd edək ki, müəssisə 1967-ci ildən Bakının yeraltı yollarını sərnişin vaqonları ilə təmin edir. Bu əlaqələrin daha da möhkəmlənməsi isə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1980-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində çalışan Heydər Əliyev zavodun ağır iqtisadi böhrandan çıxarılmasında son dərəcə əhəmiyyətli rol oynayıb. Onun göstərişi ilə zavod yenidən qurulub, istehsal sahələri genişləndirilib. Yeni sex vaqon istehsalının həcmini artırmaqla ölkə və xarici metropolitenlər üçün vaqon sifarişlərini yerinə yetirmək imkanı verib. Bu xüsusda "Metrovaqonmaş" 2015-ci ildən Bakı metropolitenini yalnız sonuncu nəsil vaqonları ilə təchiz edir. Həmin il 81-760.B/761.B/763.B tipli 15, 2018-ci ildə 81-765/766 tipli 10 vaqon alınıb. 2019-cu ildə 30 və 2020-ci ildə daha 20 vaqonla metropolitenin lokomotiv parkı 75 müasir tipli vaqondan ibarət 15 qatar tərkibi ilə yenilənib.

Bu dəfə gətirilən vaqonlar da sifarişçinin texniki şərtlərinə uyğun olaraq istehsal edilib. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765 B./81-766 B. modelli vaqonlar istismar müddətini başa vurmuş vaqonları əvəz edib.

Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər.

Vaqondan-vaqona birbaşa keçidlər sərnişin rahatlığı baxımından əhəmiyyətlidir. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırır, sərnişinlərin, eləcə də havanın salonlarda bərabər paylanmasına xidmət edir. Bu, həm də qatarın tutumunu 15 faiz artırır.

Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar da qoyulub.

Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xidmət fəaliyyət göstərir. "Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.

Vaqon istehsalçıları sərnişinlərlə yanaşı qatar sürücülərinin də rahatlığını nəzərə alan yeniliklər tətbiq ediblər. Maşinist kabinəsi indi daha genişdir, qatarın idarə edilməsində bir sıra proseslər avtomatlaşdırılıb, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırıb.

Texniki göstəriciləri ilə öz sələflərindən yetərincə fərqlənən yeni vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.

Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, "Həzi Asalnov-Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.



SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları