Mədəniyyət naziri Dinlərarası Dialoq Forumunda çıxış edib
Mədəniyyət / 14.09.2021 17:33

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun "Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib.
Mədəniyyət NazirliyindənTrend-ə verilən məlumata görə, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. "Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, - deyə nazir çıxışında qeyd edib.
Anar Kərimov, həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə "Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.
Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində "Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb. "Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb.
BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın "Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları