İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

Siyasət / 24.09.2021 15:30

Sentyabrın 24-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Gömrük Komitəsində baş tutan tədbirdə Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bildirib ki, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin məqsədinə çatmaq üçün dövlətimiz böyük yol qət edib.
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atıblar.

Səfər Mehdiyev vurğulayıb ki, diaspor quruculuğu dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil etdiyi üçün Dövlət Gömrük Komitəsi də bu işlərə öz töhfəsini əsirgəmir. Komitə indiyə qədər həm ölkə daxilində, həm də xaricdə gerçəkləşdirilən tədbirlərdə, xüsusilə, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlər zamanı təşkil olunan sərgilərdə ölkəmizin mədəni-tarixi irsinin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıb-deyə sözünə davam edən DGK sədri gələcəkdə bu kimi tədbirlərin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkilinin əhəmiyyətindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətindən söz açıb, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələnin başladığını vurğulayıb. Komitə sədri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını, Vətən müharibəsi dövründə və müharibədən sonra gördükləri işləri yüksək qiymətləndirib.
Fuad Muradov Dövlət Gömrük Komitəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının faydalılığına əminlik ifadə edərək, Anlaşma Memorandumunun xaricdə yaşayan azərbaycanlıların yaratdıqları diaspor təşkilatlarının fəaliyyətlərinə kömək göstərilməsi işində müsbət rol oynayacağını qeyd edib.

Sonra Anlaşma Memorandumu imzalanıb.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, Dövlət Gömrük Komitəsi Azərbaycan mədəniyyəti və tarixininin təbliği, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına yönəlmiş təbliğat və təşviqat materialları ilə Diasporla İş üzrə Dövlət Komitəsinə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsi isə həmin materialların xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarına çatdırılmasını həyata keçirəcək.

Tərəflər nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi zamanı müvafiq mövzu və sahələr üzrə təhlillərin və məsləhətləşmələrin aparılması, işçi qrupların yaradılması, məlumat və təcrübə mübadilələrinin təşkili, habelə fəaliyyət istiqamətlərinə uyğun digər əməkdaşlıq vasitələrindən istifadə edəcəklər.

Mərasimin sonunda tədbir iştirakçıları təqdim olunan təbliğat və təşviqat materialları ilə tanış olublar.



SON XƏBƏRLƏR

2021-10-22

18:00 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:54 Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

17:08 Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib

16:49 Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar

16:48 Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb

16:33 Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

16:29 Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq

16:25 Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib - VİDEO

16:20 FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi

16:07 Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

14:23 İlham Əliyev və Mehriban Əliyeva bir sıra açılışlarda iştirak ediblər - VİDEO

13:19 Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb

12:49 Fəxrəddin Altun Ermənistanın təxribatlarından danışdı

12:40 "Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev

12:39 Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub

12:28 2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev

12:19 Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ

12:17 Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti

11:57 Azərbaycanda 3477 şagird COVID-19-a yoluxub - RƏSMİ

11:40 Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev

11:37 Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır

10:00 COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

2021-10-21

17:22 Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb

17:02 Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü

16:52 Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi

16:50 Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

16:17 Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

16:15 Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

15:53 Şəhid ailələrinə üstünlük veriləcək - Prezident qanunu təsdiqlədi

15:19 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

15:00 Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi

14:48 Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan

14:42 Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:24 Fransa Millətlər Liqasının qalibi oldu

Product image

14:55 “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Kürdəmirdə keçirilib

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb