Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

Gündəm / 24.09.2021 13:00

Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.

Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qayıtmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətənə sevgi nümayiş etdirməli olduq. Odur ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.

Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq. Sərhəd Xidmətini də, Daxili Qoşunları da döyüş texnikası ilə təchiz etmişdik, ola bilsin ki, bu, onların birbaşa fəaliyyət növü üçün o qədər də səciyyəvi deyildi. Demək istəyirəm, mən bu cür bacarıqlı mobil hərbi qruplar yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən əlavə, ərazilərin azad edilməsi üzrə funksiyaları da yerinə yetirə bilsinlər.

Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər. Beləliklə, bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi. Onların fəaliyyətinin əlaqələndirilməsi də çox böyük əhəmiyyət kəsb edirdi, çünki onlar bir çox əməliyyatı birlikdə həyata keçirirdilər. Onların fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın uğurunda çox mühüm rol oynayırdı. Əvvəlki illərdə biz bəzən Müdafiə Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların xüsusi təyinatlılarının birgə hərbi təlimlərini keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim zamanı etmək, bir də var müharibə dövründə. Beləliklə, onlar hamısı qəhrəmanlıq göstərib, yüksək ordenlərlə, medallarla təltif edilib və biz onlarla fəxr edə bilərik".



SON XƏBƏRLƏR

2021-10-22

18:00 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:54 Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib

17:08 Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib

16:49 Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı salamladılar

16:48 Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb

16:33 Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

16:29 Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq

16:25 Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib - VİDEO

16:20 FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirildi

16:07 Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

14:23 İlham Əliyev və Mehriban Əliyeva bir sıra açılışlarda iştirak ediblər - VİDEO

13:19 Sumqayıtda antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb

12:49 Fəxrəddin Altun Ermənistanın təxribatlarından danışdı

12:40 "Feyk nyus" kampaniyalarına qarşı birgə mübarizə aparmalıyıq - Hikmət Hacıyev

12:39 Yasamalda polis əməkdaşlarına qarşı zor tətbiq edənlər həbs olunub

12:28 2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu - Hikmət Hacıyev

12:19 Bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır - RƏSMİ

12:17 Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti

11:57 Azərbaycanda 3477 şagird COVID-19-a yoluxub - RƏSMİ

11:40 Qələbədən sonra Azərbaycanın qarşısındakı əsas məqsəd Qarabağın yenidən qurulması və bərpasıdır - Hikmət Hacıyev

11:37 Bakıda skuterlər üçün icarə məntəqələrinin qoyulması, yeni yol çəkilişi planlaşdırılır

10:00 COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

2021-10-21

17:22 Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb

17:02 Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü

16:52 Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi

16:50 Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

16:17 Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

16:15 Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək

15:53 Şəhid ailələrinə üstünlük veriləcək - Prezident qanunu təsdiqlədi

15:19 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

15:00 Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi

14:48 Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan

14:42 Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

10:24 Fransa Millətlər Liqasının qalibi oldu

Product image

14:55 “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Kürdəmirdə keçirilib

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb