Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub

Mədəniyyət / 29.09.2021 16:06

Xalq yazıçısı Kamal Abdullanın "Sirlərin sərgüzəşti” romanı rus dilində çap olunub.

Azərbaycan Dillər UniversitetindənTrend-ə bildirilib ki, yazıçının sayca dördüncü romanının tərcüməçisi Azər Mustafazadə, redaktoru və ön sözünün müəllifi Etimad Başkeçiddir. O, öz sözdə romanı belə xarakterizə edir:

"Sirlərin sərgüzəşti”ni oxuyanda adama elə gəlir ki, ümumiləşdirilə bilməyən qəribə bir proses dünyaya hakimdir: klassik ümumiləşdirmə və təhlil metodları burada az işə yarayır. Buna baxmayaraq, müəyyən universal yanaşmalar var ki, onları diqqətə almamaq çətindir. Bunlardan birində deyilir ki, gözəl üslub müəllif əməyinin, çəkilən zəhmətin izlərini özündə saxlamamalıdır. Doğrudan da metaprozanın, demək olar, bütün elementlərini özündə ehtiva edən «Sirlərin sərgüzəşti» romanı elə bir ekzistensial təcrübənin ifadəsidir ki, oxucuda zərrə qədər də şübhə doğurmur. Bundan başqa, oxucu burada yaradıcı oyunun bilavasitə iştirakçısına çevrilir ki, bu da təsvir olunan bütün prosesin dinamikasına xüsusi anlam verir, onun spontan, canlı xarakterini üzə çıxarır. Burada hər bir personaj, oxucunun özü də daxil olmaqla, sonu sirrin xarkteri ilə müəyyənləşən hadisələr burulğanının içinə düşür. Burada bütün universumun əvəzolunmaz faktoru olan sirrdən söhbət gedir”.

Roman "Azərnəşr”də işıq üzü görüb.

"Sirlərin sərgüzəşti” müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. "Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.



SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları