İlham Əliyev Tayhu Dünya Mədəniyyət Forumunun iştirakçılarına müraciət etdi

Mədəniyyət / 12.10.2021 17:17

Çinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb.

Zekaisiginda.az xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi "Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət "Fəxri qonaq ölkə” statusunda iştirak edir.

Son illər dünyada nüfuzu sürətlə artan Azərbaycan Tayhu Forumunun ilk "Fəxri qonaq ölkəsi”dir. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov oktyabrın 12-də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciətini videoformatda çatdırıb. Müraciətdə qeyd olunub ki, Çinin himayəsi ilə keçirilən bu beynəlxalq tədbirin nüfuzu ilbəil artır və Tayhu Forumu dünyanın bir çox ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları yenə də bir araya toplamaqla mədəniyyətlərarası dialoqa öz əhəmiyyətli töhfəsini verir. "Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin "Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” təşəbbüsünə həsr edilmiş builki foruma Azərbaycanın fəxri qonaq statusunda dəvət edilməsi, eləcə də Heydər Əliyev Fondunun tədbirin əsas həmtəşkilatçılarından biri kimi çıxış etməsi məmnunluq doğurur.

"Dünyanın indiki həssas və təlatümlü dövründə "Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunun müzakirəsinə ciddi ehtiyac vardır. Xüsusilə, dünyanı cənginə almış COVID-19 pandemiyasının yaratdığı mürəkkəb vəziyyət və bəşəriyyətin qarşılaşdığı çağırışlar sivilizasiyalararası dialoqun və qarşılıqlı dəstəyin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.

Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də multikulturalizmdir. Multikulturalizm xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlərdəndir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsini və qlobal problemlərin həlli istiqamətində müzakirələri vacib sayır və Tayhu Forumunun builki toplantısı çərçivəsində də bu məsələlərin diqqət mərkəzində saxlanılacağına inanırıq”, - deyə Prezident İlham Əliyevin müraciətində bildirilib.

Forumun müxtəlif bölmə iclaslarında mədəni müxtəlifliyin təşviqi, "Bir kəmər, bir yol” sivilizasiyanın keçmişi və gələcəyi, iqlim dəyişikliyinə qarşı birgə mübarizə, yoxsulluğun azaldılması, bəşəriyyət üçün birgə gələcəyin qurulmasında elm və texnologiyanın dəstəyi mövzuları müzakirə olunur. Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə yaradılıb. 2011-ci ildən illik iclasları keçirilməyə başlanılıb. Forumda dünyanın bir çox ölkələrindən görkəmli siyasətçilər, ekspertlər, mütəxəssislər, iş adamları iştirak edir.

Qeyd edək ki, budəfəki forum çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi "Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan "Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlayıb.

Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək. Çinin ən iri turizm layihələrindən olan "Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq bu pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumat əldə edə biləcək. Forum iştirakçılarına Azərbaycan pavilyonunun təqdimatı edilib, "Spirit of Azerbaijan” adlı videoçarx nümayiş olunub. Pavilyonun açılışı ilə bağlı rəsmi sənədi Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı imzalayıblar.

"Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunda keçirilən plenar sessiyasında isə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri video formatda çıxış edib. Plenar sessiyada, eyni zamanda Anhoy əyalətinin qubernatoru, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, ÇXR-ın sabiq xarici işlər naziri, Çili və İspaniyanın sabiq dövlət və hökumət başçıları, eləcə də UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın çıxışları olub.

Oktyabrın 13-dək davam edəcək forum çərçivəsində "Dünyada mədəni müxtəlifliyin təbliğ edilməsi və bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması”, "Elmi-texnoloji tərəqqi bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması üçün yardımçı kimi çıxış edir” və digər mövzularda paralel sessiyalar da keçiriləcək.



SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları