Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

İqtisadiyyat / 21.10.2021 16:17

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanovun başçılıq etdiyi nümayəndə heyəti 21-22 oktyabr tarixində Qazaxıstana işgüzar səfəri zamanı ölkənin milli sərvət fondu "Samruk-Kazyna”nın idarə heyəti ilə görüşüb. "Samruk-Kazyna”nın baş qəraragahındas keçirilən görüşlərdə tərəflər nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələr üzrə müzakirələr aparmış, eləcə də hər iki ölkənin sənayeləşməsi və əhalinin rifahını yaxşılaşdırılması istiqamətində həmkarları ilə müxtəlif strategiyaları müzakirə edib, təcrübə mübadiləsi aparıb.

Holdinqdən Trend-ə verilən məlumata görə, müzakirələrin davamı olaraq AİH və "Samruk-Kazyna”nın rəhbərləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcək Əməkdaşlıq Memorandumu imzalanıb.

AİH-in baş icraçı direktoru Ruslan Əlixanov sənədlə bağlı qeyd edib: "Bu sənəd tərəflər üçün yeni bir başlanğıcdır və ölkələrimiz arasında onsuz da sıx olan əlaqələrin daha sıxlaşmasında mühüm rol oynayacaq. Əminəm ki, qarşılıqlı səylərimiz gələcəkdə həm AİH, həm də "Samruk-Kazyna”nın səmərəli nəticələr əldə etməsinə töhfə verəcəkdir.”

Əməkdaşlıq Memorandumunun imzalanması ilə bağlı fikirlərini bildirən "Samruk-Kazyna”nın baş icraçı direktoru Almassadam Satkaliyev qeyd edib: "Bundan sonra əməkdaşlığımız daha da güclənəcək, dərinləşəcək və daha geniş inkişaf edəcəkdir. Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu hər iki təşkilat arasında keyfiyyətcə yeni bir səviyyədə əməkdaşlığa başlamağa imkan verir və eləcə də ölkələrimizin iqtisadi potensialının artmasına xidmət edəcəkdir.”

Səfər proqramı çərçivəsində AİH nümayəndə heyəti, eyni zamanda Qazaxıstan Respublikasının əsas qurumlarından biri olan Bayterek Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüş keçirib, bank və maliyyə sektorlarında potensial əməkdaşlıq ətrafında müzakirələr aparıb.

"Samruk-Kazyna" SC 2008-ci ildə Qazaxıstan Respublikasının Prezidentinin Fərmanına əsasən yaranıb. Biznes qurumu olan bu fondun əsas missiyası Qazaxıstan Respublikasının rifahını yaxşılaşdırmaq və gələcək nəsillər üçün davamlı gəlirliliyi təmin etməkdir. Fondun idarəetməsinə neft və qaz, nəqliyyat və logistika, eləcə də kimya və nüvə sənayesi üzrə müxtəlif dövlət qurumları daxildir.



SON XƏBƏRLƏR

2021-11-26

18:57 Vladimir Putin Prezident İlham Əliyevi səmimi qarşılayıb (VİDEO)

18:54 Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb

18:40 Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

18:19 İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk

18:06 Vladimir Putin: Regionda gələcək normal həyat üçün şərait yaradılır

17:57 COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

17:56 İlham Əliyev: Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması məsələsində maksimum konstruktivlik nümayiş etdirib

17:52 Azad olunan ərazilərdə tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib

16:54 Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib

15:32 Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub

14:25 Elmar Vəliyevi güllələyən şəxsin apellyasiya şikayətinə baxılıb

12:45 Zəngəzur toponimi bilavasitə türk tayfası olan zəngilərin adı ilə bağlıdır - Tarixçilər

12:15 Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulur

11:50 Cavid Qurbanov kəlbəcərlilərə müraciət edib

11:50 Qırğızıstan səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub

11:27 Oğurluq görüntüləri yayılan xəstəxana direktorunun yerinə təyinat olub

10:10 Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

2021-11-25

19:22 Yaxın aylarda keçmiş məcburi köçkünlər arasında ilk ailələrin evlərinə qayıtmasının şahidi olacağıq - Leyla Abdullayeva

19:08 Paşinyanın son çırpıntıları: Daxili auditoriyanı sakitləşdirməyə çalışır

18:42 “Karabakh Memorial” internet-resursunun təqdimat mərasimi keçirilib

18:40 Kamran Əliyev və Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Şuşanın tarixi yerlərini ziyarət edib

18:20 KİVDF-dən maliyyə yardımı alan bəzi qəzetlərin tiraj sayı saxta arayışla qaldırılıb - Məhkəmə

17:53 “Gələcəyə ümid” layihəsi təqdim olunub

17:48 Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycanda səfərdədir

17:20 Dövlət komitəsi keçmiş məcburi köçkünlərin şikayətinə aydınlıq gətirib

16:39 Şuşa şəhəri ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı təsdiqlənib

16:35 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:31 Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

15:55 Bu gün Kəlbəcərin azad olunmasının birinci ildönümüdür

10:40 Almaniya şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlığa maraqlıdır

10:31 DİN azad edilmiş ərazilərə keçmək istəyənlərə mina ilə bağlı xəbərdarlıq edib

09:44 Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür

09:00 Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

14:44 "Qarabağ" - "Omoniya" oyununun hakimləri açıqlandı

Product image

18:04 Fransa Bakıda qadınlar arasında tamblinq üzrə komanda hesabında dünya çempionu oldu

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb