KİVDF-dən maliyyə yardımı alan bəzi qəzetlərin tiraj sayı saxta arayışla qaldırılıb - Məhkəmə

Gündəm / 25.11.2021 18:20

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və digərləri - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trendxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, V.Səfərli işi ilə bağlı ona qanunsuz bir tapşırıq verməyib: "Nə də onun qanunsuz tapşırıq verdiyinin şahidi olmamışam. Tender komissiyasında verilən təkliflərlə bağlı danışsam, deyə bilərəm ki, tender qanunvericiliyinə riayət edilib. Lakin deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlər, imzalanan müqavilələr, onlara düzgün riayət olunması ilə bağlı məsələlərdən xəbərim olmayıb. Fondun 10 işçisindən 5-i tender komissiyasında olub. Tenderdə konkret iştirakçılar eyni şirkətlər olub. Biz orada işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlib deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur”.

Şahid qeyd edib ki, fonda dəftəxana mallarının alınmasından xəbərdar olub: "İşçilərin hamısına verilib. Lakin hər hansı bir tədbrilərdə bloknotların və s. paylanmasının şahidi olmamışam".

Hakim bildirib ki, şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. Ziddiyyətlərlə bağlı hakimin sualına cavab verən S.Mustafayev deyib ki, jurnalistlər üçün tikilən binalarla bağlı tenderdən kənar şirkətlərlə müqavilələr imzalanıb: "Həmin şirkətlər Prezident Administrasiyasının İctimai-siyasi şöbənin rəhbərinə yaxın olub. Binalarla bağlı məktublar yazılıb, tenderdən kənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yaranana qədər iki binanın təməli qoyulmuşdu".

Şahid istintaqda ifadəsində bildirib ki, bəzi qəzetlərin tiraj sayı saxta arayışlarla qaldırılıb.

Bunu S.Mustafayev məhkəmədə də təsdiqləyib: "Bəzi qəzetlərin tirajı az idi. Maliyyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılıb”.

V.Səfərli şahidin ifadəsi barədə deyib ki, tikinti ilə bağlı fondda ayrı komissiya olub: "Bu adam həmin komissiyanın üzvü olmayıb. Yazılan məktublardan xəbəri yoxdur".

Məhkəmə prosesi noyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları