Zəngəzur toponimi bilavasitə türk tayfası olan zəngilərin adı ilə bağlıdır - Tarixçilər

Mədəniyyət / 26.11.2021 12:45

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi və ya Şərqi-Zəngəzur adlarının Azərbaycanın uydurması olduğu barədə əsassız iddialarla çıxış edib. Tarixçilər Paşinyanın ittihamlarının heç bir tarixi fakta dayanmadığını qeyd edirlər.

Bu barədəTrend-ə açıqlama verən tarixçi-alimTofiq NəcəfliZəngəzurun Azərbaycan türklərinin adı ilə bağlı olduğunu və sonradan ərazinin adının "Sünik" edildiyini bildirib.

"Zəngəzur tarixi adı orta əsrlərin ilkin qaynaqlarında, Osmanlı-Səfəvi müharibəsi dövründə osmanlıların tərtib etdikləri təhlil dəftərlərində rast gəlinir və bu adın Azərbaycan türklərinin tarixi ilə bağlı olduğu vurğulanır. Maraqlıdır ki, bu tarixi yerin adı bilavasitə türk tayfası olan zəngi tayfası ilə bağlıdır. Nəinki Qarabağın cənub-qərbində, eləcə də İrəvan bölgəsində Zəngi çayının olması, zəngi tayfalarının yaşamasına dair faktlar var. XII-XIII əsrdə indiki Zəngilan ərazisində Zəngiyan adlı tarixi yer adının olması da zəngi tayfası ilə bağlıdır. Yəni, bölgənin tarixi-coğrafiyasına nəzər salsaq, bir daha şahid olarıq ki, bu bölgədə məhz Azərbaycan türkləri yaşayıb və tarixən həmin bölgə Azərbaycanın digər regionları ilə sıx təmasda olub. Bunun ermənilərlə heç bir bağlılığı yoxdur" - deyə tarixçi qeyd edib.

T.Nəcəfli ermənilərin bu ərazilərə köçürülməsi və kompakt şəkildə yaşamasının isə şübhəsiz ki, XIX əsrlə bağlı olduğunu deyib.

"1828-ci il Türkmənçay müqaviləsindən sonra biz həm İrəvan bölgəsində, həm Naxçıvan və Qarabağda Osmanlı imperiyasının ərazisindən, İrandan ermənilərin çar Rusiyası tərəfindən kütləvi şəkildə köçürülməsini görürük. O vaxtdan həmin bölgələrdə erməni kəndlərinin sayının artması, eyni zamanda Səfəvi-Osmanlı müharibəsi zamanı boşalmış kəndlərə ermənilərin yerləşdirilməsi dövrün qaynaqlarında var. Buna baxmayaraq yenə də kəndlərin adları uzun müddət Azərbaycan adı kimi saxlanılıb. Bu, bir daha göstərir ki, son dövrlərdə Ermənistan rəhbərliyinin həmin bölgənin Azərbaycanla əlaqəsinin olmamasını dilə gətirməsinin heç bir əsası yoxdur. Məlumdur ki, XX əvvəllərində ermənilərin bölgəmizdə törətdiklər soyqırımlar zamanı minlərlə azərbaycan türkü yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb, kəndlərimizin adları isə Ermənistan ali sovetinin qərarı ilə dəyişdirilib. Şübhəsiz biz bu məsələləri sovet dövrü tarixi ədəbiyyatından da qaldırdıqda, müşahidə edə bilərik" - deyə o əlavə edib.

BDU-nun Tarix fakültəsi, Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisiİsmayıl Tanrıverdiisə deyib ki, ermənilərin hər şeyi özlərinə aid etmək istəmələri onların eqoistliyindən irəli gəlir.

"Əslində bəzi erməni tarixçilər də etiraf edir ki, Sünik adlandırdıqları ərazi vaxtilə Azərbaycanın olub. Sadəcə, son dövrlərdə tamam çaş-baş qalıblar. Artıq nə dediklərini belə bilmirlər. Ermənistanın heç "Coca-Cola" qədər tarixi yoxdur. 1830-cu ildə Qafqazdakı alban kilsələrinin erməniləşdirilməsi ilə bağlı çar Rusiyasının verdiyi qərarı onlara sübut etmək lazımdır. Bu istiqamətdə ideoloji işi genişləndirməliyik. Onlar yalan-palan nə varsa, öz tarixlərinə uydurmağa öyrəşiblər".



SON XƏBƏRLƏR

2022-01-17

18:01 SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu “Axens” şirkəti ilə müqavilələr imzalayıb

17:56 Eden Azar “Real”dan gedir?

17:20 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb

17:06 Şərqşünaslıq İnstitutunun əməkdaşı V Tokio Zirvəsində çıxış edib

16:56 Havanın tempraturu koronavirusun yayılmasına necə təsir edir? - AÇIQLAMA

16:51 “İrəli” 2022-ci ilin ilk təcrübə proqramını elan edir

16:29 Bu il dünyada işsizlərin sayı 200 milyonu ötəcək - BMT

16:22 DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb

15:59 Uşaqların hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən biridir

15:39 Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

15:32 Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

14:44 Prezident İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında videoformatda görüş olub

14:31 Avropa İttifaqı regiona münasibətini dəyişməyə məcburdur

13:58 Bölük komandirləri ilə təlim toplanışları keçirilib (FOTO/VİDEO)

13:33 DİN Aqil Abbasın oğlunun töhmət alması xəbərini təkzib etdi

13:03 Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

12:31 Kamaləddin Qafarov: “Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır”

11:21 Bu şəxslərin maaşı artırılıb

09:00 Azərbaycan Ordusunun əsgəri həlak olub - MN

2022-01-14

17:01 Belə kobud rəftar uşaqda ağır travma yarada bilər

16:00 İctimai nəzarətin işlək mexanizmə çevrilməsində hər kəs maraqlı olmalıdır

11:06 Kamaləddin Qafarov: “ Azərbaycan bu gün Cənubi Qafqazın ən fəal və ən inkişaf edən ölkəsidir”

2022-01-13

18:04 Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır - XİN

17:54 Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşüb

17:53 Türkiyədə Azərbaycan şairi Almas İldırımın xatirəsi anılıb

17:51 Bakıda istismara tam yararsız binaların sayı açıqlandı

17:47 Ölkə Prezidentinin tarixi müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır - Vüqar Rəhimzadə

17:41 Baş nazir Əli Əsədov ilə Qazaxıstanın Baş naziri Alixan Smailov arasında telefon danışığı olub

17:16 AMEA bu ildən işğaldan azad olunan ərazilərdə tədqiqatlara başlayır

16:31 Növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix məlum olub

16:20 Partiya sədri Əli Əliyev həbs edildi

16:01 Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəm yaradıb - Ərdoğan

15:47 İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırıldı

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:56 Eden Azar “Real”dan gedir?

Product image

16:31 Növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix məlum olub

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb