MEDİA və “ADA” Universiteti gənc jurnalistlər üçün seminarlara başladı
Cəmiyət / 29.11.2021 13:34

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə "New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.
"Unikal"xəbər verir ki, proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, ixtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib.
O deyib ki, bu gündən etibarən başlayan və bilavasitə tələbələr üçün nəzərdə tutulan proqram ərzində ADA Universitetinin professor-müəllim heyəti iştirakçılara yalnız nəzəri deyil, eyni zamanda praktiki bacarıqlar da ötürəcəklər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır. Onun sözlərinə görə, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib.
Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva "Müasir media mühitinə baxış”, "Jurnalist missiyası” mövzularında çıxış edib.
Qeyd edək ki, "Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin "MEDİA Konüllüləri” proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular (Azərbaycan – Ermənistan münasibətlərinin keçmişi, gələcəyi; tarixi Zəfərimizin milli və regional miqyasda təsiri; Cənubi Qafqazın geosiyasəti; Xəzər hövzəsinin təbii ehtiyatlarının qlobal əhəmiyyəti və s.) üzrə nəzəri biliklər əldə edəcəklər. Həftəlik seminarlarda iştirakçılar jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi kimi qabiliyyətlər inkişaf etdirəcəklər. Eyni zamanda, peşəkar xəbər istehsalı mühitində işlək qabiliyyətləri aşılamaq üçün gənc jurnalistlər müəllimlərinin bələdçiliyi ilə qrup şəklində şərti adı "İnfromasiya siyasətinin Ali Baş Komandanı” olan 15 dəq film üzərində işləyəcəklər. Təlim proqramını bitirdikdən sonra seminar məzunlarının Medianın İnkişafı Agentliyinin tövsiyyəsi ilə ölkənin müxətlif
media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.
Seminarlar dekabrın 17-də başa çatacaq.
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
2023-05-22
16:38 İmtahan həyəcanı
2023-05-18
19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"
18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır
17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"
17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib
16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib
16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb
16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib
15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər
14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib
14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”
12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"
11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"
11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”
11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"
10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"
2023-05-17
18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB
18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"
11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib
10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət
10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları