“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib
Cəmiyət / 30.11.2021 17:28

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Xalq cəbhəsi” qəzetinin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş toplantı keçirilib.
ŞuradanTrend-ə bildirilib ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, "Xalq cəbhəsi” qəzeti 20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. Nəşrin səhifələrində milli məfkurə saflığı, türkçülük ideyları, azərbaycançılıq vəhdətdə götürülüb. Ən əsası isə qəzet Azərbaycanın bütövlüyü ideyasına məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun səhifələrində daha dolğun və sistematik şəkildə oxuculara çatdırılıb. Qəzet mövcud müstəvidəki əks-meyllərə qarşı ideoloji mübarizə əzmini də nümayiş etdirməklə püxtələşib. "Bu günün "Xalq cəbhəsi” qəzeti peşəkar komandaya malik ümummilli məsələləri, dövlət maraqlarını, xalqın və millətin mənafelərini üstün tutan yaradıcılıq mərkəzidir. Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız, şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli rəhbərlik edir. Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas şəkildə fəaliyyətdədir. Nəşr artıq media qrupu formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə Azərbaycanın mətbuat ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı olmaq arzusunun təzahürüdür. Və bütün bunlara görə Azərbaycan Mətbuat Şurası "Xalq cəbhəsi” qəzetini fəxri diploma layiq görüb”, - deyən Ə.Amaşov diplomu qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyliyə təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda müstəqillik dövrünün mətbuatı xalq hərəkatına bağlı, özünün təməlini bu hərəkatdan götürən mətbuatdır. 20 yaşını qeyd edən "Xalq cəbhəsi” qəzetinin də qayəsində xalq hərəkatının elan etdiyi prinsip və dəyərlərə sayğı və ehtiram dayanır. Qəzet media məkanına siyasi partiyaya yaxın kütləvi informasiya vasitəsi qismində daxil olsa da, özünün peşəkar dəst-xətti ilə ümumi dəyərlərə xidmət göstərib. R.Arifoğlu media sahəsindəki qlobal transformasiya dövründə "Xalq cəbhəsi”nə daha uzun yayım ömrü arzulayıb. O, fenomenal xarakterlərə malik baş redaktor E.Mirzəbəylinin sayəsində başlanılmış yolun bundan sonra da uğurla davam etdiriləcəyinə inandığını dilə gətirib.
MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev siyasi təbəqələşmənin cəmiyyətə hakim kəsildiyi bir vaxtda meydana çıxmış "Xalq cəbhəsi” qəzetinin firqə maraqları ilə yanaşı, ümumxalq və dövlət maraqlarını da müdafiə etdiyini xatırladıb. O deyib ki, nəşrdəki işə peşəkar yanaşma tərzi jurnalistikanın prinsiplərini hər zaman ön planda saxlayıb. A.Quliyev onu da bildirib ki, baş redaktor E.Mirzəbəyli medianın müasir çağırışlarına adekvat cavab verilməsi ehtiyacını inamla doğruldan rəhbərdir və "Xalq cəbhəsi”nin uğurlarında böyük pay sahibidir.
"Xalq cəbhəsi” qəzetinin yarandığı dövrün xüsusiyyətlərinə diqqət yetirən MŞ İdarə Heyətinin üzvü, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, 20 illiyini qeyd edən nəşr partiya prinsipləri ilə peşəkar media dəyərlərini vəhdətdə tutmağın örnək nümunəsidir. O, baş redaktor E.Mirzəbəylinin malik olduğu yüksək keyfiyyətlərin qəzetin yaradıcılıq kursuna da təsir göstərdiyini vurğulayaraq "Xalq cəbhəsi”nə yeni-yeni uğurlar arzulayıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, mediada texnoloji yeniliklərin tətbiqinin geniş vüsət aldığı, ənənəvi medianın onlayn mediaya transformasiyasının labüd proses kimi diqqət çəkdiyi indiki dövrdə dəyişməyən bir meyar var ki, o da peşəkarlıqdır. "Xalq cəbhəsi” ötən müddətdə məhz bu meyara sadiqlik nümayiş etdirib.
"Olaylar” qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz partiya təmayüllü nəşrdə yaradıcılıq sərbəstliyinin mövcudluğunu böyük mənəvi divident kimi xarakterizə edərək "Xalq cəbhəsi”nin bu baxımdan fərqləndiyini deyib. O, belə yanaşmanın Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin şəxsi keyfiyyətlərindən, jurnalist işinə verdiyi dəyərdən irəli gəldiyini vurğulayıb. Y.Oğuz da çıxışında nəşrin yarandığı dövrü yada salıb, onun formalaşmasında qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızının əməyinin olduğunu qeyd edib. Y.Oğuz həmçinin bildirib ki, 15 ildir "Xalq cəbhəsi”nə rəhbərlik edən E.Mirzəbəylinin prinsipial yanaşma tərzi qəzetin faəliyyət spesifikası üçün də düşündürücü, cəmiyyətin maraq və mənafelərindən irəli gələn xarakterik mövzular müəyyənləşdirməkdədir.
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal "Xalq cəbhəsi”ni mənsub olduğu siyasi qüvvəyə üstünlük qazandıran qəzet kimi dəyərləndirib. O, nəşrin milli-ideloji səpkidəki fəaliyyətindən söz açaraq bildirib ki, 20 yaşını qeyd edən mətbuat orqanı eyni zamanda məktəb funksiyasını daşıyır. Onun şinelindən hazırda ölkənin ictimai həyatının müxtəlif sahələrində çalışan peşəkarlar çıxıblar.
"Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev bildirib ki, "Xalq cəbhəsi” cəmiyyətin qəzetinə çevrilməyi bacaran KİV-dir. Baş redaktor ənənəvi medianın sıradan çıxması ilə bağlı tendensiyanın gücləndiyi hazırkı şəraitdə "Xalq cəbhəsi”nin məhz qəzet kimi də varlığını davam etdirməsini arzulayıb.
Toplantıda çıxış edənlərdən "Novaya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, "Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, "İki sahil” qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev, "Lent.az” saytının baş redaktoru Hafiz Heydərov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, "Xalq cəbhəsi” Media Qrupuna daxil olan "Axctv.az” saytının baş redaktoru Niyaməddin Orduxanlı, "Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova, şair-publisist Xanəmir və başqaları 20 ildir fasiləsiz fəaliyyətdə olan qəzetin Azərbaycanda müstəqillik dövrü media ənənələrinin formalaşmasındakı, ictimai münasibətlərin tənzimlənməsindəki, siyasi dialoq mühitinin inkişafındakı rolundan söz açıblar. Onlar eyni zamanda vurğulayıblar ki, "Xalq cəbhəsi” təməlində peşəkarlığın başlıca meyar kimi dayandığı, peşəsinə sadiq jurnalistlərin öz işlərinə sevgi ilə yanaşdıqları nəşrdir və bu cəhət onun populyarlığında ən vacib amildir.
Sonda çıxış edən baş redaktor E.Mirzəbəyli "Xalq cəbhəsi” qəzetinə verilən dəyərdə onun hər bir əməkdaşının payının olduğunu bildirib. O deyib ki, çətin transformasiya dövründə nəşrin bütün imkanlardan istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə sadiqlik dayanır. "Xalq cəbhəsi” isə ilk növbədə ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli çıxışında həmçinin toplantı iştirakçılarına öz adından və rəhbərlik etdiyi qəzetin kollektivi adından təşəkkürünü bildirib.
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
2023-05-22
16:38 İmtahan həyəcanı
2023-05-18
19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub
18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO
18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"
18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub
18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır
17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"
17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib
16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib
16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb
16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib
15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər
14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib
14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”
12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"
11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"
11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”
11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"
10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"
2023-05-17
18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB
18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"
11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib
10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi
10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət
10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları