Kamaləddin Qafarov: “ Azərbaycan bu gün Cənubi Qafqazın ən fəal və ən inkişaf edən ölkəsidir”

Siyasət / 14.01.2022 11:06
"Azərbaycan yeni dünya düzənində təşəbbüskar və dinamik inkişafa malik ölkələrdən biri olacaq. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu istiqamətdə qarşımızda açılmış perspektivlər və Azərbaycanın mövqeyi barədə konkret fikirlərini açıq-aydın bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, əgər bu gün dünyada yeni düzənin formalaşdırılması prosesinə başlanacaqsa, Azərbaycan bu prosesin passiv seyrçisi deyil, ən fəal iştirakçılarından biri olacaq. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyi, siyasi müstəqillik və bütün bunların fonunda əldə olunmuş Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlar Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də daha geniş əhatəli Avrasiya məkanında nüfuzlu söz sahiblərindən birinə çevrilməsini şərtləndirib. Bu, Azərbaycanın son 19 ildə qazandığı ən böyük və indiyədək sahib olmadığımız bir prioritetdir”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelər ölkəmizin qlobal proseslərə müdaxilə imkanlarını artırıb və Azərbaycan bu imkanlardan öz gücünü və nüfuzunu daha da artırmaq məqsədilə məharətlə istifadə edir.

"Həqiqətən də bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ehtimalı da getdikcə daha konkret cizgilər alır. Əlbəttə ki, belə olan halda ilk növbədə iqtisadi cəhətdən daha zəif olan ölkələrin vəziyyəti arzuolunmaz bir hala düşə bilər. Lakin Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə xüsusilə son 19 il ərzində böyük uğurla həyata keçirilən daxili və xarici siyasət kursudur.

Bəli, bu gün həqiqətən də beynəlxalq müstəvidə ənənəvi davranış qaydaları artıq tükənmək üzrədir. Artıq demokratik dəyərlərin, beynəlxalq hüquq və ədalətin çağırışları sadəcə beynəlxalq görüş və toplantılarda səsləndirilən rəsmi çıxışlara hansısa formal etiket tələblərini gözləmək məqsədilə əlavə edilir. Reallıq isə tam fərqli və getdikcə daha çox güc amilinə dayanan proseslərdən formalaşır. Əlbəttə ki, bu gün artıq bu prosesləri çox insanlar, hətta bütün cəmiyyətlər görür və dərk edirlər. Lakin bir siyasi liderin, bir dövlət başçısının əsl məharəti və müdrikliyi də ondadır ki, bu tendensiyanı artıq hamı ilə eyni vaxtda deyil, proseslərin başlanmasına zəmin yaradan mühitin formalaşdığı dövrdə görməyi bacarsın və öz ölkəsinin, öz xalqının xarici qüvvələrdən asılı hala düşmə ehtimalını sıfıra endirmək üçün bütün lazım olan addımları vaxtında atsın. Birmənalı olaraq demək lazımdır ki, əgər bu gün Azərbaycan özünü yeni dünya düzənlənməsi prosesinə hazır vəziyyətdə hiss edirsə, bunun yeganə səbəbi də məhz Prezident İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar, zamanında görülmüş qabaqlayıcı tədbirlərdir. Hələ bir neçə il öncəki çıxışlarında dövlətimizin başçısı deyirdi ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Məhz buna görə Azərbaycan artıq neçə illərdir ki, ilk növbədə öz iqtisadiyyatını gücləndirmək və buna paralel olaraq da hərbi qüdrətini artırmaq yolu ilə inamla irəliləyir. 2020-ci ildə bu yol bizi artıq ən ali məqsədlərimizdən birinə, ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Lakin göründüyü kimi, qarşıda Azərbaycanı yeni hədəflər gözləyir və yeni dünya düzənlənməsində digərlərinin iradəsini qəbul edən deyil, öz iradəsini diktə edə biləcək ölkələr sırasında qalmaq da bu hədəflərdən biridir”, - deyə K.Qafarov bildirib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda ordu quruculuğunun davam etdirilməsi son dərəcə vacibdir və bu istiqamətin dövlətimiz tərəfindən əvvəllər olduğu kimi, yenə də əsas prioritet olaraq saxlanması xalqımız tərəfindən birmənalı dəstəklənir və təqdir edilir. Kamaləddin Qafarovun sözlərinə görə, bu gün Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəsinin mövcudluğu da Azərbaycanda ordu quruculuğu işinin daha böyük vüsətlə davam etdirilməsini şərtləndirən əsas amillərdən biridir.

"Məlumdur ki, bu günə qədər Prezident İlham Əliyevin göstərişi ilə dövlət büdcəsində ən böyük xərclər məhz hərbi quruculuq üçün ayrılıb. Vətən müharibəsinin nəticələri bu qərarın düzgünlüyünü bir daha isbatladı. Lakin Azərbaycan müharibədən sonra da ordu quruculuğunu davam etdirməlidir və etdirir. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə, əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssüflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq.

Digər tərəfdən, müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni müqavilələr ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib.

Ordu quruculuğunda əsas məqsədlərdən biri də Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. II Qarabağ müharibəsi əməliyyatlar aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və dövlət başçımızın dediyi kimi, bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar.

Bu gün Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə edilən bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Bu, ilk növbədə ölkəmizə qarşı, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı yönələ biləcək hər hansı təhdidin vaxtında aşkarlanması və aradan qaldırılması üçün vacibdir. Ali Baş Komandan cənab İlham Əliyev də bu məsələyə dair konkret fikir bildirərək demişdir: "Bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir.”

Beləliklə, Azərbaycanda ordu quruculuğu bundan sonra da bütün tələb olunan istiqamətlərdə davam etdiriləcək, Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq və bu güc Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.


SON XƏBƏRLƏR

2022-05-20

20:14 ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib

18:16 Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

17:51 Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

17:08 Prezident İlham Əliyev: Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər

17:00 Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır

16:38 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb

16:06 Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam

15:49 Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov

14:14 Füzuli Peşə Liseyi binasının tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

14:13 Şuşa Real Məktəbinin bərpasına vəsait ayrıldı

13:00 Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb

12:01 Bu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilib

11:59 Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə

11:54 İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

11:32 DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

11:13 Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

11:10 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış

10:30 Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? - NAZİRLİKDƏN AÇIQLAMA

10:20 "Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir" - Çavuşoğlu

10:16 Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir - Teymur Musayev

10:14 Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib

10:06 Qadir İbrahimli vəfat etdi

2022-05-19

18:00 Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

17:55 “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formuldur - MÜSAHİBƏ

17:19 "Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"

17:04 Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib - Orxan Məmmədov

16:43 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:41 Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb

16:36 Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub

16:29 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib

16:18 Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib (FOTO)

15:45 Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:54 "Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

Product image

13:03 “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb