Kamaləddin Qafarov: “Azərbaycanda yeni enerji növlərinin istehsalı üzrə ciddi işlər aparılır”

Cəmiyət / 17.01.2022 12:31
" Ölkəmizin həyatında çox önəmli hadisə baş verib. Yanvarın 13-də Azərbaycanda xarici investorların maliyyə vəsaiti hesabına Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. Prezident İlham Əliyev hələ yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsinin gedişində bu hadisənin anonsunu verərək qeyd etmişdi ki, bu möhtəşəm tikinti üçün tələb olunan vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər və bu, əlbəttə ki, ölkəmizin inkişafına, gələcəyinə olan inamın təzahürüdür”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, eləcə də bərpaolunan enerji növlərinin istehsalı kimi məsələlər dövlətimiz tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Məhz bu baxımdan da yeni inşa olunacaq Külək Elektrik Stansiyası (KES) həmin məsələlərin həllinə öz töhfəsini verəcəkdir.

"Yeni stansiyanın təməlqoyma mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Bu isə o deməkdir ki, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib. Digər tərəfdən, təbii qazın ildən-ilə artan ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Lakin ölkə əhalisinin artımı ilə, enerjiyə olan tələbat da artır. Buna görə də Azərbaycanda yeni enerji növlərinin istehsalı istiqamətində ciddi işlər aparılır. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində dövlətin gündəliyində duran əsas vəzifələrdən biridir. Təbii ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycana qonşu ölkələrdə və Avropa ölkələrində də enerjiyə olan tələbat durmadan artır. Buna əhalinin say artımı amili ilə yanaşı, həm də bəzi ölkələrdə atom elektrik stansiyalarının və kömürlə işləyən elektrik stansiyalarının bağlanması ilə bağlı qəbul edilən qərarlar da təsir edir. Buna görə də qonşu ölkələrə elektrik enerjisi ixrac edən Azərbaycan bu ölkələrin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

Bu gün bütün dünyada ətraf mühitin qorunması məsələsi ən vacib və əhəmiyyətli məsələlərdəndir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - 10 min kvadratkilometr ərazinin "yaşıl enerji” zonası elan edilməsi son dərəcə təqdirəlayiq və önəmli bir haldır. Hazırda Cəbrayıl rayonunda böyük Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Dövlətimizin başçısı öz çıxışında bildirdi ki, aparılmış dəqiq təhlil nəticəsində işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalının mümkün olduğu müəyyən edilib və bu da əlbəttə ki, çox böyük potensialdan xəbər verir”, - deyə K.Qafarov bildirib.

Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda formalaşmış gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik xarici investorlar üçün Azərbaycanı cəlbedici edir. Həmçinin Azərbaycanda xarici investisiyaların qorunmasının ən yüksək səviyyədə olduğunu da bütün dünyada yaxşı bilirlər.

"Məlum olduğu kimi, bu böyük bərpaolunan enerji layihəsinin icraçısı və investoru Səudiyyə Ərəbistanının "ACWA Power” şirkətidir və bu müəssisə enerji sahəsində dünyanın ən böyük şirkətidir. Qeyd olunmalıdır ki, hazırda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri mövcuddur. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərləri, Səudiyyə Ərəbistanı Kralı və Vəliəhdi ilə keçirdiyi görüşlər də ölkələrimiz arasında olan dostluq və qardaşlığın təzahürüdür. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Əlbəttə ki, dünyanın ən böyük enerji şirkətinin Azərbaycana investisiya qoyuluşunda maraqlı olmasında Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli dövlətlərarası əlaqələrin rolu çox böyükdür. Lakin bununla yanaşı, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya mühiti, ölkəmizin uğurlu inkişafı, ictimai-siyasi sabitlik, investisiyaların qorunması, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Buna görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub və bu gün hətta dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması kimi mənfi amillərin fonunda belə, ölkəmizə sərmayə qoyuluşu davam edir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.


SON XƏBƏRLƏR

2022-05-20

20:14 ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub göndərib

18:16 Şuşada “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

17:51 Prezident İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək - Avropa İttifaqı Şurası

17:08 Prezident İlham Əliyev: Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər

17:00 Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır

16:38 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda daha 12 nəfər koronavirusa yoluxub, 9 nəfər sağalıb

16:06 Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam

15:49 Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyəti və delimitasiya üzrə komissiyanın tərkibini müəyyən edib - Əli Əsədov

14:14 Füzuli Peşə Liseyi binasının tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

14:13 Şuşa Real Məktəbinin bərpasına vəsait ayrıldı

13:00 Mətbuat Şurası Qadir İbrahimlinin vəfatı ilə bağlı nekroloq yayıb

12:01 Bu il 92 uşaq övladlığa götürülüb, 42 uşaq öz ailəsinə reinteqrasiya edilib

11:59 Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə

11:54 İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

11:32 DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib

11:13 Hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edilib

11:10 Qubada illər əvvəl törədilmiş cinayətin üstü açıldı: Qətlin izini itirmək üçün qadınla kişini yandırıbmış

10:30 Bərdə Mədəniyyət Mərkəzinin tikintisi niyə yarımçıq qalıb? - NAZİRLİKDƏN AÇIQLAMA

10:20 "Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir" - Çavuşoğlu

10:16 Qlobal Fondun layihələri Azərbaycanda vərəmlə mübarizəyə böyük töhfə verir - Teymur Musayev

10:14 Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edib

10:06 Qadir İbrahimli vəfat etdi

2022-05-19

18:00 Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

17:55 “ASAN xidmət” korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formuldur - MÜSAHİBƏ

17:19 "Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"

17:04 Qarabağda sahibkarlıqla məşğul olmaq üçün 100-dən çox türk şirkəti müraciət edib - Orxan Məmmədov

16:43 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:41 Azərbaycanda son sutkada koronavirusa 10 yeni yoluxma olub, 3 nəfər sağalıb

16:36 Üç yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub

16:29 FHN güclü küləklə bağlı əhaliyə müraciət edib

16:18 Vahid Kirişci Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib (FOTO)

15:45 Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:54 "Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

Product image

13:03 “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb