Kəmaləddin Heydərov gecə klubunda baş verən partlayışdan danışdı

Gündəm / 11.04.2022 17:24

11 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Fövqəladə Hallar NazirliyindənTrend-ə verilən məlumata görə, müşavirədə Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov, FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, "Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak edib.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib. O, hazırda ölkədə kommunal təsərrüfat, o cümlədən qaz təsərrüfatındakı mövcud vəziyyət barədə geniş məlumat verib. Nazir bu ilin aprel ayının 3-də Bakı şəhərində yerləşən "Location” gecə klubunda baş vermiş partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu vurğulayıb. Nazir qeyd edib ki, FHN-in nəzarət qurumlarının sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır faciələrə gətirib çıxarır.

O da vurğulanıb ki, xüsusilə qaz balonlarının istismarı, onların obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması, istismarı, balonların texniki təhlükəsizlik qaydalarının tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır. K.Heydərov istehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə edilərək yoxlanılması funksiyasının bilavasitə "Azəriqaz” İB-nə aid olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, bütün qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib.

Tədbirdə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov, Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general-mayor Adil Abdullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentiyinin rəisi Cəbrayıl Xanlarov, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov çıxış edərək aidiyyəti sahələrdə fövqəladə hadisələrə səbəb ola biləcək hallar, onları doğuran səbəblər barədə ətraflı məlumat veriblər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin müavini Kamal Abbasov, "Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov və "Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək səsləndirilən məsələlərlə əlaqədar aidiyyəti üzrə ciddi tədbirlərin görüləcəyini qeyd ediblər.

Müşavirənin yekunu olaraq aidiyyəti qurumların mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin görülməsi qərara alınıb.




SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları