"Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq"
Dəyərlərimizin kreativ tanıtımı / 19.05.2022 17:19

Ölkəmiz Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Vətəndaş cəmiyyəti sahəsində də müxtəlif təşəbbüslərlə çıxış edirik. Lakin bu ilin əvvəlində dövlət dəstəyi agentliyi belə bir təşəbbüslə çıxış etdi ki, bizim vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlıq forumu və bunun nəticəsi olaraq platforma yaransın.
AZƏRTACxəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev jurnalistlərə müsahibəsində deyib.
"Ümid edirəm ki, bugünkü forumun nəticəsində Türkiyə-Azərbaycan qeyri-hökumət təşkilatlarının bir platforması da yaranacaq. Çünki əvvəlki illərdə bizim qeyri-hökumət təşkilatlarının müxtəlif ortaq layihələri, tədbirləri həyata keçirilib. Lakin bu, o qədər də sistemli, proqram üzrə olmurdu. Platformanın yaranması bu əməkdaşlığın çərçivələrini müəyyən edəcək. Bu əməkdaşlıq sistemli həyata keçiriləcək. Eyni zamanda, bu prosesdə dövlət qurumu olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də yaxından iştirak edəcək. Türkiyə tərəfdən də Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Qurumları ilə İş İdarəsi də bu məsələdə dəstək verəcək. Ardıcıl olaraq hər il bu əməkdaşlıq forumunun keçirilməsi və qurulacaq platforma çərçivəsində əhəmiyyətli tədbirlərin təşkili nəzərdə tutulub", - deyə Vüsal Quliyev qeyd edib.
Azərbaycanın qeyri-hökumət təşkilatlarının son 20 ildə Türkiyənin qeyri-hökumət təşkilatları ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiklərini vurğulayan V.Quliyev deyib: "Bu əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub. İşğal dövründə Türkiyənin qeyri-hökumət təşkilatları və mediası Azərbaycana nə qədər dəstək vermişdisə, 44 günlük Vətən müharibəsində də eyni dəstəyi nümayiş etdirdilər. Beynəlxalq təşkilatlarla bizim qeyri-hökumət təşkilatlarının münasibətləri və əməkdaşlığı çox yüksək səviyyədə deyil. Lakin bu məsələdə Türkiyənin vətəndaş cəmiyyəti qurumlarının da imkanlarından istifadə edəcəyik və onlarla bu istiqamətdə də birlikdə səy göstərəcəyik. Ümumiyyətlə, hər il qeyri-hökumət təşkilatlarının, eyni zamanda, onlarla işləyən dövlət qurumlarının QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təşəbbüsləri olur. Bu il də biz Milli Məclisə müxtəlif QHT-lərlə əlaqədar qanunvericiliklə bağlı təkliflər irəli sürmüşük. QHT-lərin qeydiyyatı məsələlərinin sadələşdirilməsi, onların maliyyə əldə etməsi, regionlarda fəaliyyəti, dövlət-QHT münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində təklifləri gözlənilir”.
2022-06-29
18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək
18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?
17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub
17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:33 Peyvənd olunanların sayı açıqlanıb
16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub
16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB
16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2
15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”
15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”
15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub
15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”
14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub
14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi
10:11 Dünyaya örnək siyasət
2022-06-28
20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü
19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib
19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar
19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib
18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub
18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub
18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB
17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub
17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM
17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)
17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları