Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə

Siyasət / 20.05.2022 11:59

"Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin qarşılıqlı hörmət və maraqlar prinsipinə uyğun olaraq yüksələn xətlə inkişafı təqdir edilir. Azərbaycanın qurumla, həmçinin ona üzv olan dövlətlərlə əməkdaşlığı hazırkı postmünaqişə dövründə yeni mərhələyə qədəm qoyub. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə keçirilən ikitərəfli görüşdə, mətbuata bəyanatlarında, həmçinin Azərbaycan-Litva biznes forumundakı çıxışlarında da Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, üzv dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafına yaranan imkanlar geniş müzakirə edildi. Bir mühüm məqamı qeyd edək ki, Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Azərbaycanla qurum arasında əlaqələrin inkişaf xronologiyasına diqqət yetirsək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirir, hər dövrün tələbinə uyğun olaraq bu əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Necə ki, bu gün tarixi Zəfərimiz bu əməkdaşlıqda yeni səhifə açıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb: "Bu, Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil edir. Bu mühüm məqamı da qeyd edək ki, 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır ki, bu da adından göründüyü kimi gələcək hədəflərin açıqlanmasında və icrasında yardımçıdır. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.”

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir: "Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünya dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layhələrinin uğurlu icrası ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, əlbəttə, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.”

"Tarixi Zəfərimizin yaratdığı reallıqların Avropa İttifaqı tərəfindən qəbul olunması, qurumun bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini göstərmək məqsədilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsində təşəbbüskar kimi çıxış etməsi təqdirəlayiqdir. Artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Brüsseldə görüş keçirilib. Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının qəbuluna böyük töhfədir, ən əsası sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə ilk üçtərəfli görüş ötən ilin dekabr ayında keçirilmişdir. Həmin görüşdə Brüssel sülh gündəliyinin əsası qoyuldu. Azərbaycan bu gündəliyə sadiqdir, sülh müqaviləsinin tezliklə imzalanmasında istəyini açıq-aydın şəkildə ifadə edir. Ermənistan bu ilin aprelində Brüsseldə baş tutan görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü beş prinsipi qəbul etmişdir. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə etdilər. Ermənistanın hər bir öhdəliyə məsuliyyətsiz yanaşması diqqətdən kənarda qalmır. Litva Prezidenti ilə birgə mətbuata bəyanatında Azərbaycanın hər zaman öhdəliklərə sadiq olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bir daha diqqəti İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz 30 il danışıqlara sadiq qaldı, hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırışlar etdi. Əgər sanksiyalar tətbiq edilsəydi, onda heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, ona qarşı heç bir sanksiya tətbiq edilmədi”,- deyə Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti daim ona yeni dostlar, tərəfdaşlar qazandırır: "Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin və formatın yaradılması da dövlətimizin ədalətli mövqeyinə dəstəyin ifadəsidir.”



SON XƏBƏRLƏR

2022-06-29

18:06 Xəzəryanı ölkələrin növbəti sammiti İranda keçiriləcək

18:00 Mətanət Əsədovanı niyə toydan qaçırtmaq istədilər?

17:47 Boris Conson Gürcüstana səfərə dəvət olunub

17:39 Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb

16:37 Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib

16:33 Peyvənd olunanların sayı açıqlanıb

16:32 Son sutkada Azərbaycanda 36 nəfər koronavirusa yoluxub

16:26 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - YENİLƏNİB

16:15 Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - YENİLƏNİB-2

15:38 Vladanka Andreeva: “Su problemini həll etməyin yolu regional əməkdaşlıqdır”

15:34 Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

15:32 Rusiya XİN: "Cənubi Qafqazda iqtisadi-nəqliyyat xətlərinin açılması ilə regionda vəziyyət sağlamlaşar”

15:19 Bakıda Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil olunub

15:10 PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

14:18 Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub

14:10 Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb

14:06 Zakir Həsənov Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

12:29 Azərbaycanda ilk dəfə Beynəlxalq Neyropsixologiya konfransı keçirildi

10:11 Dünyaya örnək siyasət

2022-06-28

20:08 Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşdü

19:57 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib

19:16 Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

19:03 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edilib

18:34 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim olunub

18:22 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

18:06 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

18:04 Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

18:04 Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB

17:59 Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

17:57 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

17:51 Alla İqoryevna Vəzirovaya Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

17:43 Şuşada səfərdə olan QHT nümayəmdələrinin səfəri başa çatıb (FOTO)

17:43 Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

19:18 Azərbaycan cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Product image

11:31 Formula yarışlarının keçirildiyi ərazidə yaşayanlara icazə sənədlərinin verilməsi iyunun 12-dək yekunlaşacaq

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları