Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır

Cəmiyət / 28.06.2022 18:22

"Keçmiş məcburi köçkünlər gözləməkdən yorulublar, onlar 30 il əvvəl erməni işğalı səbəbindən tərk etməli olduqlarıevlərinə qayıtmaq istəyirlər".

"Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirlər forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və şəhərlərin inkişafına dəstək üzrə URBAN laboratoriya layihəsinin nümayəndələri ilə görüşündə səsləndirilib.

"İnsanlar gözləməkdən yorulublar. Onlar doğma yurd-yuvalarına qayıtmaq istəyirlər.BMT-nin Məskunlaşma Proqramınıntəcrübəsi çox faydalı olacaq", - Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumunun XI sessiyasının şüarı"Şəhərlərimizi daha yaxşı gələcək üçün dəyişdirmək”dir, lakin hazırda Azərbaycanın qarşısında daha çətin vəzifə – işğal zamanı dağıdılmış şəhərlərin bərpası durur. O, Ermənistanın işğalı zamanı Azərbaycanın 9 şəhərinin yer üzündən tamamilə silindiyini xatırladıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş bu rayonda hazırda həyata keçirilən infrastruktur layihələrindən, nəqliyyat və dəmir yolu marşrutlarının bərpasından danışıb. Onun sözlərinə görə, bu ilin sentyabr-oktyabr aylarında Zəngilanda, işğaldan azad edilmiş ərazilərdə tikilən ikinci hava limanının tikintisinin başa çatdırılması planlaşdırılır.

Zəngilan rayonunda "ağıllı şəhər/kənd” konsepsiyasının həyata keçirilməsindən də danışan V.Hacıyev ilk belə layihənin Ağalı kəndində reallaşdırıldığını diqqətə çatdırıb. "Bizim üçün prioritet infrastruktur və insanların orada yaşaması üçün rahat şərait yaratmaqdır", - Prezidentin xüsusi nümayəndəsi əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsiAydın Kərimov Şuşa şəhərinin tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, hazırda şəhərin dağıdılmış tarixi-mədəni irsinin bərpası istiqamətində işlər aparılır. A.Kərimov şəhərlərin bərpası işində "UN-Habitat”ın təcrübəsinin xüsusilə faydalı ola biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, nüfuzlu xarici mütəxəssislərin iştirakı ilə şəhərin su-kanalizasiya şəbəkələrinin layihələndirilməsi işləri aparılır, bu işlərin cari ilin payızınadək başa çatdırılması, gələn ilin əvvəlindən isə tikinti mərhələsinə keçilməsi nəzərdə tutulur.



SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları