Media nümayəndələri Kəlbəcər və Laçında görülən işlərlə tanış olublar

Gündəm / 28.06.2022 19:16

İyunun 26-da Prezident İlham Əliyev Göygöl-Kəlbəcər-Laçın rayonlarında səfərdə olub. Dövlət başçısı səfər zamanı bir neçə infrastruktur obyektlərinin açılışını, bəzi iri layihələrin isə təməlini qoyub.

Trend-in Qarabaö bürosunun məlumatına görə, media nümayəndələri Prezidentin izi ilə Kəlbəcər və Laçın rayonlarında görülən işlərlə tanış olub.

Kəlbəcər rayonunun ən önəmli layihələrindən biri Toğanlı-Kəlbəcər avtomobil yolunun 13-cü kmdə inşa edilən iki tunelin tikintisidir. Layihə Murovdağ silsiləsindən başlayır və gələcəkdə Kəlbəcərə ən asan və qısa yol olacaq. Murovdağ tunelində yüksəklik 1700 metrdən, 3250 metrədək artır. Tunel dünyanın ən uzun avtomobil tunellərindən biri kimi səciyələndirilə bilər. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb. Tunelin tikintisinin 2025-ci ildə başa çatması planlaşdrılır. Kəlbəcərdə ən mühüm layihələrdən biri də Kiçik Su Elektrik Stansiyalarının istifadəyə verilməsidir. Dövlət başçısı Kəlbəcərə səfəri zamanı Kəlbəcər-1 Kiçik Su Elektrik Stansiyasının açılışında da, iştirak edib. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekaloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" kiçik su elektrik stansiyasında maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformator quraşdırılıb. Burada 110/6 kv-luq yarımstansiya da inşa edilib. Yarımstansiya tam müasir tələblərə cavab verir. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərin '"yaşıl enerji zonasına" çevrilməsi ilə bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qələbədən sonra ümumi gücü 20-meqavat olan "Güləbird”, "Suqovuşan-1”, "Kəlbəcər 1” kiçik su elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 min kilovat saata elektrik enerjisi istehsal olunub. Digər işğaldan azad olunan rayonlarımız kimi Laçında da Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Prezident səfər çərçivəsində hava limanının tikintisi ilə də tanış olub. Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir. Laçın və digər rayonların içməli suya olan təlabatı da nəzərə alınır. Bunun üçün Həkəri çayından istifadə ediləcək. Dövlət başçısı Laçın rayonuna səfərində Həkəri çay Su Anbarı layihəsi ilə tanış olub. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır.

Qeyd edək ki, Həkəri çayı üzərində tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.



SON XƏBƏRLƏR

2022-08-12

19:10 Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib

18:31 İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"

18:23 Prezident: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur"

18:14 İlham Əliyev Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib - YENİLƏNİB

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

18:06 İlham Əliyev: "Biz Laçına, Zabuxa, Susa qayıtmalıyıq"

17:49 Prezident: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz"

17:44 Quba və Qusarda nadir bitki növləri tədqiq edilib

17:18 Ali Baş Komandan: "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"

17:17 Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

17:07 Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

17:06 Prezident İlham Əliyev "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"

16:58 Prezident: "Şərqi Zəngəzur və Qarabağda kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır"

16:56 Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır

16:40 Prezident: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"

16:31 Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

16:30 Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

16:28 Cəlilabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb

16:25 "Qaçqınkom": "Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək"

15:35 Azərpaşa Nemətov “Şərəf” ordeni ilə təltif edilib

14:38 Prezident və birinci xanım “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB

10:43 İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

08:48 “Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

08:21 "Şanlı tarix yazanlar" kitabının Zaqatalada təqdimatı keçirilib

2022-08-02

11:30 Füzulidə üç nəfər minaya düşüb, birinin ayağı amputasiya olunub

11:15 Nazir: "Azərbaycan kinosu intibah dövrünü yaşayır"

11:14 Birinci Qarabağ müharibəsinin birdəfəlik ödəmə alacaq əlillərinin sayı açıqlanıb

11:14 Mövlud Cavuşoğlu: "Geosiyasi problemlər "Orta Dəhliz" üçün yeni imkanlar yaradır"

11:11 Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"

11:10 I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün təxminən 100 milyon manat ayrılıb

10:09 Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq

10:06 Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək

09:36 "Ermənistan" fraksiyası deputat mandatından imtina edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:12 "Qarabağ"ın oyunu təxirə salınıb

Product image

09:25 Şahmat Olimpiadası: Azərbaycan milliləri Kuba və Ukrayna ilə qarşılaşacaqlar

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları