Britaniyadakı azərbaycanlı icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir

Gündəm / 12.08.2022 17:07

Böyük Britaniyada yaşayan soydaşlarımız Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrupun hücumu ilə bağlı İngiltərə parlamentinin üzvlərinə, Xarici İşlər Nazirliyinə və Avropa Parlamentinə müraciət edib.

Bu barədə"Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Britaniya Azərbaycan İcması”nın sədri Fəridə Pənahovanın adından xarici işlər naziri Liz Trassa, daxili işlər naziri Priti Patelə, İngiltərə parlamentinin üzvləri Qraham Stüarta, Dominik Raaba, Bob Bləkmənə, Lord Conatan Duqlas Evansa və Avropa Parlamentinə ünvanlanan müraciətdə ölkəmizin hər cür dini ekstremizmdən uzaq olan dünyəvi, multikultural və tolerant dövlət olduğu xususilə vurğulanıb. Bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu nəzərə çatdırılıb.

"Böyük Britaniyadakı Azərbaycan icması bir çox londonluların və dünyanın hər yerindən gələn turistlərin dostları və ailələri ilə əyləndikləri Kensinqtonun mərkəzində baş vermiş bu hücumdan dərin sarsıntı keçirib və qəzəblənib. Belə barbarlıq aktı bizim Britaniya cəmiyyətinə, onun dəyərlərinə, bütün vətəndaş dünyasına hücumdur və biz bunu qətiyyətlə pisləyirik. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməzdir və bu, diplomatik binanın toxunulmazlığı prinsiplərinin kobudcasına pozulmasıdır”, - deyə qeyd edilib.

Müraciətdə hadisənin Britaniya-Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə yaxınlaşdığı ərəfədə, ölkəmizin Aİ ilə neft və qaz sektorunda strateji əməkdaşlığın inkişafı fonunda baş verdiyinin təsadüfi olmadığına diqqət cəlb edilib. Qeyd edilib ki, bu olay həm Britaniyanın Azərbaycanla ikitərəfli münasibətlərinə qəsdən zərər vurmaq məqsədilə hazırlanıb, həm də Aİ ilə əməkdaşlıq çərçivəsində gedən mühüm prosesləri sıradan çıxarmağa hesablanıb.

Hadisələrin ilk saatlarında Britaniya polisinin radikalların səfirliyimizin binasını zəbt etmək kimi cinayət xarakterli addımlarını səssizcə müşahidə etməsinə və fəaliyyətsizlik göstərməsinə xüsusi etiraz bildirilib. Səfirlik əməkdaşlarının həyatının təhlükə qarşısında olduğu bir məqamda xüsusi təyinatlı polis qüvvələrinin hadisə yerinə gec gəlməsi Böyük Britaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının təhlükəli duruma ciddi yanaşmadığının sübutu kimi qiymətləndirilib və bu cür halın qətiyyən yolverilməz olduğu vurğulanıb.

Müraciətin sonunda Britaniyanın müvafiq orqanlarından Londondakı səfirliyimizə qarşı bu çirkin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımi hüquqi addımlar atılması tələb edilib, həmçinin "Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasına və ləğv edilməsinə, sözügedən təşkilat üzvlərinin ölkədən dərhal deportasiya edilməsinə çağırış yer alıb: "Böyük Britaniyada yaşayan hər bir fərd ümumi tolerantlıq və insan hüquqlarına hörmət kimi dəyərlərimizi bölüşməli və radikal ideologiyanı dəstəkləyən və təbliğ edən insanlar aramızda yaşamamalıdır. Şübhə yoxdur ki, bu radikal qruplar cəzasız qalsa, tezliklə evlərimizi, məktəblərimizi və digər rəsmi orqanları hədəfə alacaqlar”.

Xatırladaq ki, hadisədən dərhal sonra müvafiq məktub Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından da İngiltərənin daxili işlər naziri Priti Patelə göndərilib.



SON XƏBƏRLƏR

2022-09-23

13:23 Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını təbrik edib

12:14 Laçında dalğalanan dövlət bayrağımız – mühüm tarixi hadisədir

11:31 Finlandiya və İsveçin NATO-ya üzv ola biləcəkləri vaxt açıqlandı

11:26 Ceyhun Bayramov Cozef Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak edib

11:22 Ağalıya köçürülən sakinlərin evləri satılacaq? - VİDEO

11:21 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ

11:00 Ukraynalı deputat: "Ermənistan razılaşmaya əməl etmədikcə Azərbaycan bildiyi kimi addım atmaqda tam haqlıdır"

10:02 XİN: "Ermənistanın mina təxribatının əsas məqsədi məcburi köçkünlərin yurdlarına qayıtmasını süni şəkildə əngəlləməkdir"

2022-09-15

12:06 ”Muğan bölgəsində aztəminatlı ailələrin sosial problemlərinin həlli istiqamətində Özünüməşğulluq proqramı"na cəlb edilməsi və maarifləndirmə"adlı layihənin icrasına başlayıb

2022-09-09

15:12 Baş prokuror Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşdü

14:40 Xətai rayonunda yolların yenidən qurulmasına 4,27 milyon manat ayrıldı

14:25 “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov

14:21 "Layihənin hazırlanmasında bütün siyasi partiyalar iştirak edir" – Aydın Hüseynov

14:05 Şuşada Xurşidbanu Natəvanın 190 illik yubiley tədbiri başlayıb

13:52 Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

12:17 Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb

12:07 Sahibə Qafarova Özbəkistan Prezidenti ilə görüşüb

12:05 Nazir: "Azərbaycanda 5 il ərzində 4470 cinayətkar qrup zərərsizləşdirilib"

11:24 Qanun müzakirələrdən sonra qəbul olunacaq

10:34 Prezident II Elizabetin vəfatı ilə bağlı başsağlığı verdi

10:24 “Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi

10:23 Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 660 hərbçisi məhv edilib"

10:20 Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

09:59 Gürcüstanda 1,8 milyon il əvvələ aid qədim insan dişi tapılıb

09:53 Nazirlik: "14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib"

09:53 "Bu günədək Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsi gedib"

09:52 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortaçı seçir

09:49 Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb

09:48 Aİ nümayəndəsi Azərbaycanın 5 erməni hərbçini təhvil verməsini alqışlayıb

09:46 BMT baş katibi həmrəylik əlaməti olaraq Pakistana səfər edib

09:39 Ağalı məktəbinin direktoru: "Bu, innovativ yenilikləri özündə əks etdirən bir təhsil ocağıdır"

2022-09-02

09:56 Bacısını öldürməyə cəhd edən şəxs tutuldu

09:22 Biz buna imkan verməyəcəyik! - Ərdoğan

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:20 Neymar Messi və Ronaldunun rekordunu qırdı

Product image

15:40 "Qarabağ"ın Avroliqadakı rəqibləri bəlli oldu

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları