“Zəfərnamə”: Qarabağ Zəfərinin virtual-kreativ tarixi
Dəyərlərimizin kreativ tanıtımı / 09.09.2022 10:24

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi "2022-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində ikiaylıq "Zəfərnamə”: Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi” kreativ layihəsini həyata keçirməyə başlayıb.
İctimai Birliyin Analitik-İnformasiya Bölümündən verilən məlumatlara görə, 1 sentyabr – 1 noyabr 2022-ci il tarixlərində gerçəkləşəcək fəaliyyətlər həm də Azərbaycanda elektron kitabxana və e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib və əsasən 3 məsələyə həsr olunub. 1) Qlobal İnformasiya Məkanında - İnternet resurslarında Azərbaycana dair rəqəmsal anadilli nəşrlərin, e-kitabların, elektron daşıyıcılarda genişhəcmli mətnlərin azlığını nəzərə alaraq yeni virtual mütaliə məhsullarının hazırlanması. 2) Şuşada keçirilən Zəfər tədbirləri zamanı da vurğulandığı kimi, möhtəşəm Qələbəmizin kreativ-kulturoloji salnaməsini yaratmaq, onun elektron daşıyıcılarda yaymaq, çağdaş Azərbaycançılıq ideologiyasının estetik-fəlsəfi tərəflərini hazırlamaqda yaradıcı şəxsləri dəstəkləmək mümkündür.
3) Kitabların məhdud tirajla nəşrini nəzərə alıb, yeni yaranan ədəbiyyat nümunələrinin 60 milyonluq Dünya Azərbaycanlılarının əlçatanlığı təmin etmək, milli söz sənətinin yayılmasına, ana dilimizin genişlənməsinə, gələcək nəsillərə çatdırılmasına çalışılacaq.
Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Ermənistanın işğalına qarşı başladığı 44 günlük anti-terror əməliyyatları genişləndirilərək II Qarabağ - Vətən Müharibəsinə çevrilən Möhtəşəm qələbələrdən ibarət Zəfər tarixinin dəyərli tərəflərini ədəbiyyat, e-kitab vasitəsi ilə gənclərə və gələcək nəslə çatdımaq günümüzün vacib, eyni zamanda ən böyük motivasiyverici, ideoloji məsələlərindən biridir.
3. Layihənin ideyası və qısa təsviri
Qarabağdakı Möhtəşəm Zəfərimiz - Qələbə mövzulu kitabların e-nəşri, yayımı, təbliği və virtual sərgisi əsas ideya olaraq götürülür. Yeni nəsil nümayəndələri üçün motivativ real və virtual hərbi-vətənpərvərlik fəaliyyətlərinin əsas məqsəd müharibə igidlərini zəmanəmizin qəhrəmanları səviyyəsində təbliğ edərək post-müharibə dövründə ölkənin müxtəlif sahələrini inkişaf etdirmək üçün gənclər arasında motivəedici aksiyalar təşkil edilməlidir. Son illərin pandemiya qadağaları, iqtisadi enişlər, dünya iqtisadiyyatının böhranı, işsizlik və ideoloji boşluq kimi mənfi hallar daha çox gəncləri öz təsirinə alacağı proqnozlaşdırılır. Üstəlik müharibə qələbəsini Vətənimizin inkişafı üçün motivasiyaya çevirərək gəncləri onlara tapşırılan sahələrdə, vəzifələrdə yeni uğurlar qazanmağa həvəsləndirməkdən ötrü mənəvi-psixoloji işlər aparılmalıdır. "Veytnam sindromu" ilə qarşılaşmamaq üçün müharibə iştirakçılarının cəmiyyətə adaptasiyası, vətəndaşlarla hərbiçilərin sıx münasibətlərinin gücləndirilməsi, qazilər, əlillər və yaralıların sosiallaşması, gənclər tərəfindən onlara ehtiram göstərilməsinə diqqət ayrılmalıdır. Bu istiqamətdə isə ən asan başa gələn formatlardan biri də elektron kitablar, rəqəmsal nəşrlər, yeni ünsiyyət alətləridir.
Qarabağ Zəfəri kimi milli-mədəni dəyər qazanmışmədəni-tarixi, humanitar-estetik sərvətlərimizin İnternet, yeni media vəsosial şəbəkələrdə, elektron və virtual KİV-də, xüsusən də yeni nəsilin gənc nümayəndələri arasında tanıdılmasına böyük ehtiyac duyulur. Dünya azərbaycanlılarını birləşdirənmilli-mənəvi dəyərlərlə bağlı bilgilərin yayılması, məlumatların zənginləşdirilməsi, elektron resurslarından daha geniş istifadə gəncnəsilin estetik-mənəvi inkişafına təsir göstərir ki, bu da gənclərinmaraqlandırmaq üçün fərqliyanaşmalar, kreativ-kulturoloji formatlar tələb edir. "”
4. Layihənin məqsəd və vəzifələri
Unikal qələbənin ədəbi-kulturoloji salnaməsini yaratmaq üçün fərqli müəlliflərin əsərlərinin, eləcə də bu mövzuda İnternet televerilişlərin hazırlanması, yayımı, tanıtımı, təbliği, yeni İKT texnoloji imkanlardan bəhrələnərək "Zəfərnamə" seriasından müxtəlif müəlliflərin silsilə elektron kitablarını rəqəmsal nəşri, xüsusi elektron kitabxana alt-bölümünün yaradılması, orada e-nəşrlərin yayımı, virtual aksiyalar, silsilə TV verilişlər vasitəsilə gənclərin motivasiya edilməsi əsas məqsədlərdən sayılır.
Elektron kitabxana və kitabların inkişafına yönəli fəaliyyətin əsas vəzifəsi cəmiyyətimizdəki müxtəlif qrupların və gənclərimizin iştirakı ilə Vətənimizin sivil inkişafına nail olmaqdır. Dövlətimizin müharibənin təsirinə məruz qalmış hərbi və mülki vətəndaşlarla bağlı apardığı siyasətin geniş kütlələrə çatdırılması, Qarabağa qayıdış proqramının dəstəklənməsi, qaçqın və məcburi köçkün gənclərin Qarabağa geri dönməsini sürətləndirmək, iqtisadiyyatın, kənd təsərrüfatın, elmin, təhsilin inkişafına Qələbəmizdən motivasiya elementləri kimi yararlanmaq kimi məsələlər layihənin əsas diqqət verdiyi məqamlardandır. Müxtəlif real və virtual aksiyalar, fəaliyyət növlərindən yararlanaraq yeni nəslin respublikamızın 30 ildən artıq işğal altında qalmış torpaqlarında - rayon, şəhər və kəndlərimizin dirçəldilməsinə həvəsləndirmək əsas vəzifələrdən biridir. Zəfərnamə seriyasından olan e-kitablarımız "Smart Qarabağ", "Ağıllı rayon/şəhər/qəsəbə/kənd" proqramlarının həyata keçirilməsində gənclərimizi həvəsləndirməkdir. Bu istiqamətlərdə müxtəlif sahələrdə bilik və bacarıqlarını işlətmələri üçün qeyri-adi uğurlar əldə etmək üçün sosial şəbəkələr, yeni media, İnternet, elektron kitabxana və e-nəşrlər, eləcə də TV verilişlər vasitəsi ilə yeni nəsil nümayənədlərini motivasiya etmək lazımdır. Bu zaman İnternet resurslarımızın kontentlərinin zənginəşdirərik.
5. Görüləcək işlər
Zəfərlə bağlı yeni kitabların rəqəmsal variantlarının hazırlanması, milli ədəbiyyatımızı dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkili ilə estetik-kreativ texnologiyaların - milli-mənəvi dəyər kəsb edən 44 günlük Qarabağ Müharibəsinin möhtəşəmliyini - tarixi-mədəni-ədəbi əhəmiyyətini qabartmaqla, yeni İKT alətlərindən yararlanmaqlainnovativ-kreativ təbliğat kampaniyasının reallaşdırmaq üçün aşağıdakı fəaliyyətləri reallaşdırmaq planlaşdırılır:
1) İlkin mərhələ: 1. Fəaliyyətə cəlb ediləcək komanda üzvlərinin seçilməsi.
2. Layihənin KİV və yeni mediada tanıtımı, elektron kitabxana bölümünün hazırlanması.
2) İkinci mərhələ: 1. Elektron nəşrlərin hazırlanması, yayımı, virtual sərgisi.
2. Sosial şəbəkə resursunun hazırlanması.
3) Üçüncü mərhələ: İnternet televerilişlərin çəkilməsi, sosial şəbəkələrdə iş.
4) Tanıtım mərhələ: Təqdimatlar, tanıtımlar, yazılı və elektron KİV-də materialların verilməsi.
5) Yekun mərhələ: Hesabatların hazırlanması, verilməsi.
6. Layihənin hədəf qrupu və faydalananlar:
Layihədə müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər bəhrələcəklər.
Real olaraq: Bakıda və bölgələrdə yaşayan, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər.
Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri - xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və b.
Real olaraq 200, virtual olaraq İnternet vasitəsi ilə və sosial şəbəkələrüstü istifadəçilərin sayı 10 000 nəfərə yaxın ola bilər.
7. Layihənin həyata keçiriləcəyi coğrafi ərazi və onun seçilmə səbəbi
Azərbaycan, Bakı və İnternet və sosial şəbəkələr vasitəsi ilə soydaşlarımız yaşayan dünya ölkələri.Ədəbiyyat qurumları, milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qorulacaq. Elektron kitabxanalıar və e-nəşrlərlə bağlı mütəxəssislər əsasən paytaxtda fəaliyyət göstərir. Az məsrəflərlə ölkəni əhatə etmək mümkün olduğuna görəİnternetüstü fəaliyyətlərə xüsusi önəm veriləcək.
8. Layihənin icra müddəti, başlanma və bitmə tarixi
2 ay. 01 sentyabr 2022 – 01 noyabr 2022
9. Layihənin icrası üçün tələb olunan büdcə
7000 (yeddi min) Azərbaycan manatı
10. Layihənin tərəfdaşları haqqında məlumat
QHT-yə texniki-yaradıcı yardım edən qurumlar: Azərbaycan Yazıçılar Birliyi, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalı, saytlar, KİV orqanları.
11. Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı
- Qarabağ Zəfəri timsalında şağdaş tariximiz, söz sənətimiz, milli mədəniyyətimizi elektron kitablar vasitəsilə dünyada təbliğ etmək üçün müxtəlif formatlı tanıtım tədbirlərinin təşkil ediləcək.
- Azərbaycan mədəniyyətinə aid elektron kitabxanada ayrıca bölüm yaradılacaq, orada e-nəşlərin virtual sərgisi.
- "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi - kreativ-innovativ tanıtımı mövzusunda 2 buraxılışdan ibarət, İnternet TV və video-portallarda, sosial şəbəkə, yeni media və saytlarda yayımlanması nəzərdə tutulan onlayn/oflayn veriliş çəkiləcək və yayımlanacaq.
- Feysbukda ayrıca "Zəfərnamə": Qarabağdakı Qələbəmizin elektron kitab formasında salnaməsi kreativ-innovativ tanıtım üçün virtual resurs yaradılacaq, davamlı zənginləşdiriləcək, vizual-virtual materiallarla davamlı genişləndiriləcək ki, hər kəs ondan yararlana bilər.
- Virtual və realtanıtım tədbirləri reallaşdılacaq.
- Yeni İKT formatlarında - vizual müzakirələr, teledebat janrında ictimai-kreativ debatlar baş tutacaq.
- Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlər keçiriləcək, şəbəkədə yayımlacaq.
- Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları yeniyetmə və gənclərin istifadəsinə veriləcək.
- Müxtəlif sosial şəbəkələrdə - Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. resurslarda bu istiqamətdə fəaliyyətlər dəstəklənəcək.
- Gənclərin, yeniyetmələrin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil ediləcək.
- Ənənəvi -yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.
Layihə bitdikdən sonra da fəaliyyətimiz davam etdirilərək aşağıdakı istiqamətdə işlər həyata keçiriləcək:
- "Zəfərnamə” sosial şəbəkə resursunda Qələbəmizin ədəbi salnaməsi mövzusunda müxtəlif materiallar paylaşılacaq.
12. Müraciət olunan sahə üzrə təcrübə və əməkdaşlıq edəcəyiniz qurumlar
İctimai Təşkilat olaraq 1993-cü ildən gənclər arasındat milli və dünya mədəniyyət, elm və ədəbiyyat hadisələrinin təbliğini aparırıq. Real və virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edərək kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar və s. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb.
Hazırda İnternetdə və ictimai düşüncədə "Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana - İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 6000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib.
13. Layihənin monitorinqi, icrası zamanı yarana biləcək risklər və onların azaldılması yolları
Layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.
14. Layihənin PR-ı
Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm hərb sənəti, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın və Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, e-nəşrlər, elektron şəbəkə resursu – mini-kitabxana haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə buraxılacaq. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.
2023-06-03
10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO
09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb
09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"
09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"
09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB
08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək
2023-06-01
11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq
10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib
2023-05-30
17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar
15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib
15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir
13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü
12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi
12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır
11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı
11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik
11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker
11:08 Milli Məclisin iclası başladı
10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək
10:29 İsrail Prezidenti Azərbaycanda
10:08 Mövqelərimiz atəşə tutuldu
10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif
09:46 Moskvaya PUA hücumu olub - VİDEO
09:41 Hərb tariximiz- qürur mənbəyimiz!
09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”
09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”
2023-05-25
10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub
09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir
2023-05-24
11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir
2023-05-23
18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları