Laçında dalğalanan dövlət bayrağımız – mühüm tarixi hadisədir

Siyasət / 23.09.2022 12:14

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

"Bu bayraq burada əbədi dalğalanacaq!" -Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Laçında söylədiyi bu fikir səfərin mühüm mahiyyətini ifadəedir. Ölkə başçısının qədim, tarixi Azərbaycan torpağında dövlət bayrağını qaldıraraq həm keçmişdən, həm indiki vəziyyətdən, həm də gələcək pespektivlərdən bəhs etdi.

30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz azad olunub, Azərbaycan öz suveren hüquqlarınıvə ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərdə bərpa quruculuq işləri həyata keçirilir, artıq Böyük Qayıdışın ilk mərhələsi başlayıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarında əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdır (Zəngilan, Ağalı kəndi).

Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və məsələnin dinc yolla və ədalətli şəkildə həll edilməsinə çalışıb. Lakin bütün bu keçən dövr ərzindəErmənistan həmişə olduğu kimi müxtəlif bəhanələr və şərtlər, təxribatlar törətməklə prosesə maneə yaradıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu da bu məsələnin həllindəqətiyyətli fəaliyyət göstərmirdi, əksinə qarşı tərəfinbütün beynəlxalq hüquq norma və prinsiplərini ciddi şəkildə pozmasına, tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsinə, toponimlərin dəyişdirilməsinə, qanunsuz məskunlaşmaya göz yumurdu.

Vaxtı ilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”.O xalqın təkidlitələbi iləhakimiyyətə gəldikdən sonra nizamlı ordunun qurulmasına nail oldu. Lakin, əlbəttə ki, ölkənin iqtisadiyyatını inkişaf etdirmədən, iqtisadi imkanları artırmadangüclü ordu qurmaq mümkün deyil. Ümummilli Lider bu sahədə mühüm tədbirlər həyata keçirdi, bütün sahələrdə islahatlar aparıldı. Onun başladığı işi Prezident İlham Əliyev daha da gücləndirdi və 44 günlük Vətən Müharibəsi bu prosesin ən mühüm, tarixi uğuru oldu.

Prezident İlham Əliyevin dediyi ki, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir.Çünki, Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun.Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla-Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür.Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra AzərbaycanErmənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişdir.Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratmavə münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması üzrə komissiyaların işinə formal olaraq başlansa da, reallıqda Ermənistan prosesi heç bir əməli nəticəyə gətirmir. Və həqiqətən nəyisə anlamaq istəyən dünya ictimaiyyəti Azərbaycana sual verməzdən əvvəl birbaşa Ermənistana üz tutmalı və sual etməlidir: niyə öz öhdəliklərini yerinə yetirmir? 10 Noyabr Üçtərəfli Bəyanatdan Ermənistan tərəfi bir sıra bəndləri, xüsusən də nə silahlı birləşmələrin Qarabağdan çıxarılmasına dair 4-cü, nə də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasına, o cümlədən Zəngəzur dəhlizinin inşasına dair 9-cu bəndi yerinə yetirmir? Lakin Azərbaycan tərəfi Prezident İlham Əliyevin təkidi iləBəyanatda təsbit olunan alternativ yolun çəkilməsi ilə bağlıAzərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliyə əsasən qısa müddət ərzində yerinə yetirdi. Artıq 1 il 8 aydan sonra yeni yol hazır oldu. Buna baxmayaraq, prezidentin qeyd etdiyi kimi, bu gün Ermənistan tərəfi nəinki razılaşdırılmış yolu açmayıb, hətta Zəngəzur dəhlizinin marşrutu belə Bakıya təqdim edilməyib. Eyni zamanda, Azərbaycan ən çətin dağlıq şəraitdə işlərini davam etdirir, kommunikasiyalar qurur, böyük sərmayələr qoyur."Heç bir əməli iş görülməyib. Artıq Zəngilana dəmir yolunu çəkmişik. Zəngilana yol çəkdik. Gələn ilin sonuna kimi biz Ermənistanla sərhədə həm dəmir yolu, həm də avtomobil yollarını gətirəcəyik. Eyni zamanda Ermənistan ərazisində heç bir iş aparılmır və görünür, heç nə etmək istəmirlər. Ölkə başçısı İlham Əliyev çox aydın şəkildə izah edir ki, Azərbaycanın Ermənistandan öhdəliklərinin yerinə yetirilməməsinin səbəblərini göstərməyi tələb etmək, lazım gələrsə, buna məcbur etmək hüququ var.

Prezidenti İlham Əliyevin "Delimitasiyadan əvvəl heç kim Azərbaycanı günahlandıra bilməz” tezisi dövlətimizi nədəsə, xüsusən də hansısa absurd "təcavüz”ə və başqa məsələlərəgörə "qınayanların” hamısına layiqi cavab oldu.Bu, açıq-aşkar ermənipərəst mövqe tutan vəanti-Azərbaycan münasibətlər nümayiş etdirən bəzitəşkilatlara, qurumlar və ölkələrə aiddir.

"Bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir”- cənab Prezidentin dediyi kimi, Azərbaycan sülh təklif edir, delimitasiya və demarkasiyaprosesinə başlamağı təklif etmişdir.Lakin qarşı tərəf bu təklifi müxtəlif bəhanələrlə bir ildən çox uzadaraqvaxt qazanmağa çalışır. Hazırdabu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Ölkə başçısının Laçına səfəri zamanı qeyd etdi ki, "Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”.Ermənilərin bu məsələni uzatması bir daha göstərir ki, onlar sülh istəmir, revanşist xəyallarla yaşayırlar. Hərbi-siyasi təxribatlar törətməklə, prosesə əngəl olmaq istəyirlər.Lakinbu gün Azərbaycanınhərbi və siyasi gücünü hər kəs görür.Bununla bağlı cənab Prezident bir daha vurğuladı ki, "əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar…” . Bu fikir həm Ermənistan hərbi-siyasi rəhbərliyinə, Ermənistan cəmiyyətinə, həm də ona havadarlıq edən erməni diaspor və havadarlarına qətiyyətli bir mesajdır.

Cənab Prezidenti dediyi ki, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir.Çünki, Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun.Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla-Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür.Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra AzərbaycanErmənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişdir.Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratmavə münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.

Təəssüflər olsun ki,Ermənistan Azərbaycanın uzatdığı əli görməmiş kimi davranır və bu, onun hələ də apardığı ikiüzlü siyasətindən xəbər verir.Görünür, İrəvan nəyəsə ümid edir. Ancaq Ermənistan dərk etməlidir ki, bu gün dünyada gedən geosiyasi proseslərdə ondan müəyyən maraqlar üçün istifadə olunur. Bu isə Ermənistan dövlətinə və xalqına heç nə verməyəcək.Ö anlamaıdır ki, bu gün düşdüyü ağır vəziyyətdən onu yalnız imzalayacağı sülh müqaviləsi xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər əldə etdikləri dərsləri çox zəif öyrənirlər və erməni revanşizmi hələ də yaşayır və davam edir.Bu da bir həqiqətdir ki, artıq vəziyyət yarım il əvvəlkindən fərqlidir və erməni revanşizmi Azərbaycanın tam nəzarəti altındadır. Hadisələrin gedişi göstərir ki, Ermənistan silahlı təxribatlarını davam etdirərsə, sülh razılaşmasına nail olmaq üçün eyni dərəcədə effektiv "B” variantından istifadə oluna bilər. Artıq Yerevanın illüziyalarından qurtulmasının vaxtı çatıb. Nə isə, İlham Əliyevin xəbərdarlıq etdiyi kimi, "biz heç kimin çağırışı, heç bir bəyanatı, heç bir təşəbbüsü ilə dayanmayacağıq”.

Hazırda bir reallıq var: Azərbaycan torpaqlarını 30 illik erməni işğalından azad edib. Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işləri aparılır, erməni terroruna məruz qalmış şəhər və kəndlərimiz yenidən qurulur. Və bütün dünyakimin dağıdıcı, kimi isə qurucu dövlət olduğunu görür. Ölkə başçısı İlham Əliyevin Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar,"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməsi, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olması, həmçinin, "Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”,"Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” , "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında”Sərəncamların imzalanmasıbir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, quruculuq işlərini aparırıq. Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də region üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə öz layiqli töhfəsini verir.



SON XƏBƏRLƏR

2022-11-28

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları