Azərbaycan-Qətər iqtisadi əlaqələrinin genişlənməsi üçün böyük potensial var
İqtisadiyyat / 31.10.2022 15:25

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətərdə bir sıra görüşlər keçirib.
Adalet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevinrəhbərliyi ilə qazanılan uğurlar, Azərbaycan-Qətər əməkdaşlığının sürətlə inkişaf etdiyi, yüksək səviyyəli səfərlərin əlaqələrin genişlənməsində önəmi vurğulanıb.
İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri qeyd olunub.
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan və Qətər arasında dostluq əlaqələrini, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Qətərə səfər çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə müzakirələr aparıb. Bildirilib ki, ticarət əməkdaşlığı ikitərəfli əlaqələrin əsas istiqamətlərindəndir. Görüşdə Azərbaycanın qeyri-neft məhsullarının Qətər bazarlarına çıxarılması perspektivlərinin daha geniş olduğu və ticarət əlaqələrinin şaxələndirilməsinin xüsusi önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, Bakı Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanları bu məqsədə nail olunmasında əsas stimulverici amillərdəndir.
Tərəflər iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Mansur bin Ebrahim Al Mahmud ilə görüşdə Azərbaycanın səmərəli investisiya mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit "hab”a çevrildiyi diqqətə çatdırılıb və Qətər investorları bu imkanlardan yararlanmağa dəvət olunub.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb, qarşılıqlı investisiyaların artırılmasının digər sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Qətərə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının nümayəndələri ilə də görüşüb. Tədbirdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüslərindən məmnunluq ifadə olunub. Qeyd olunub ki, Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili işgüzar dialoqun inkişafına, yeni layihələrin icrasına stimul verə bilər. Qeyd olunub ki, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur, iş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə açılan Azərbaycan Ticarət Evi, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası arasında Birgə Biznes Şurasının yaradılması barədə Saziş imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Ali bin Abdullatif Al Mesned imzalayıblar. Sazişdə Azərbaycan və Qətər arasında iqtisadi-ticarət əlaqələrininin gücləndirilməsi məsələləri əks olunub.
"Baladna Food Industries” şirkətinin rəhbəri Ramez Al Xayyat ilə görüşdə müəssisənin fəaliyyəti barədə məlumat verilib, Azərbaycana investisiya yatırmağa maraq ifadə olunub, birgə layihələrin icrası imkanları müzakirə edilib.
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları