QHT-media münasibətləri müzakirə olundu

Dəyərlərimizin kreativ tanıtımı / 23.11.2022 12:25

"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində Dəyirmi Masa keçirib.

Tədbirdə ölkənin aparıcı QHT və media nümayəndələri iştirak ediblər.

Layihə barədə məlumat verən İctimai Birliyin sədri Ruslan Xəlilov qeyd edib ki, məqsəd QHT-lərin mətbuat və sosial media ilə işləmək bacarıqlarını artırmaqdır.

"QHT və media nümayəndələrinin görüşlərini təşkil etmək və ictimai müzakirələr aparmaqla problemin həllinə töhfə vermək niyyətindəyik. Vətəndaş cəmiyyətinin əsas institutlarından biri olan QHT-lərin fəaliyyətlərinin ictimaiyyətə təqdim olunması hər zaman aktual məsələlərdən biri olub. Bu gün Azərbaycanda 3340-dan çox qeyri-hökumət təşkilatı vardır. Hər bir QHT öz fəaliyyəti barədə mətbuatda və sosial mediada məlumatlar paylaşmağa, ictimaiyyətə müəyyən bilgilər verməyə çalışır. Amma bəzən onlar müəyyən problemlərlə üzləşirlər. Redaksiyalar onların hazırladıqları məlumatları dərc etmirlər, sosial şəbəkələrdə paylaşdıqları məlumatlar izləyicilərdə o qədər də maraq doğurmur. Hesab edirik ki, yaranmış bu problemləri, maneələri QHT və media nümayəndələrinin iştirakı və birgə müzakirəsi ilə aradan qaldıra bilərik”.

İctimai Birliyin sədri həmçinin qeyd edib ki, 3 ay davam edən layihə çərçivəsində QHT-Media münasibətlərinə dair 10-dan çox araşdırma xarakterli yazılar dərc edilib: "Yazılarda ölkənin aparıcı QHT və media nümayəndələrinin fikirləri dərc edilib, xarici ölkələrin təcrübələrindən nümunələr gətirilib. Layihə çərçivəsində 3 tele-debat keçirilib. Müzakirələr zamanı çox maraqlı məqamlar üzə çıxıb. Bəzi QHT nümayəndələri hesab edirlər ki, media nümayəndələrinin onların tədbirlərinə qatılmaq, layihələri barədə məlumat dərc etmək kimi öhdəlikləri var. Bəzi media nümayəndələri isə düşünürlər ki, QHT-lərin həyata keçirdikləri layihələrin büdcəsində media üçün hansısa ödənişlər nəzərdə tutulub və onlar redaksiyalarla müqavilələr bağlamalıdırlar. Hesab edirik ki, hər iki yanaşma qüsurludur. QHT və media vətəndaş cəmiyyətlərinin institutları olsa da, QHT könüllü, ictimai əsaslarla fəaliyyət göstərən bir qurumdur, media özə özəl biznes sahəsinə aid hesab edilir. Amma unutmayaq ki, medianın sosial öhdəlikləri var. Düşünürəm ki, media ictimai maraqlara xidmət edən layihələrə həssas yanaşmalıdır, bununla bağlı keçirilən tədbirləri, açıqlama və müsahibələri dərc etməkdən imtina etməməlidir”.

"İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov QHT-Media əməkdaşlığı sahəsində mövcud problemləri sadalayıb. Onun sözlərinə görə, media ilə əməkdaşlıq emək üçün QHT-lərə ayrılan vəsaitlərin həcmi artırılmalıdır: "Doğrudur, media hər zaman bizim qaldırdığımız problemlərə həssas yanaşıb. İrəli südüyümüz problemləri işıqlandırıblar. Hesab edirəm ki, bu əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac vardır”.

Tanınmış yazıçı, jurnalist Qurban Yaquboğlu QHT və medianın ictimai maraqların müdafiəsinə xidmət etməli olduqlarını bildirib. Əlavə edib ki, ümumi milli və sosial maraqların müdafiəsi naminə bu iki institut arasında əlaqələr möhkəmlənməlidir.

Qadın Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Sevil Allahverdiyeva QHT-lərin qaldırdıqları problemlərə həssas yanaşdıqları üçün media nümayəndələrinə təşəkkür edib: "Jurnalistlər qadın, gender problemlərinə xüsusi diqqət ayırırlar. Bizim gücümüz, işimizin effekti medianın dəstəyilə çox bağlıdır. Əgər qaldırdığımız problemlər ictimaiyyərə çatdırılmasa, biz qarşıya qoyduğumuz məqsdərlərə çata bilmərik. QHT-media əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac vardır”.

"Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov QHT-lərin jurnalistlər üçün təlim və müsabiqələr keçirməsinin vacibliyini qeyd edib: "Təəssüflər olsun ki, hazırda icra olunan layihələrin müddəti çox qısa olur. İldə bir dəfə 3-4 aylıq layihələr keçirməklə media ilə dərindən əməkdaşlıq qurmaq mümkün deyil. Hesab edirəm ki, həm ayrılan qrantın məbləği artırılmalıdır, həm də buna uyğun olaraq layihənin icra müddəti uzadılmalıdır".

Daha sonra "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin nümayəndəsi Nərmin Muradova, jurnalistlər Tapdıq Qurbanlı, Nərgiz Cavadzadə, Səxavət Həmid və digərləri mövzu ətrafında çıxış edərək təkliflərini bildiriblər. Dəyirmi Masa müzakirələrlə davam etdirilib.



SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları