Azərbaycan QHT-lərindən Fransaya etiraz

Siyasət / 23.11.2022 15:08

Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Fransanın Azərbaycana qarşı yönəlmiş hərəkətlərinin müzakirəsinə həsr edilmiş toplantı keçiriblər.

QHT Agentliyindən verilən xəbərə görə, toplantıda qeyd edilib ki, Fransa Respublikasının Senatı, Milli Assambleyası, eləcə də, bu ölkənin bir sıra siyasi dairələri ayrı-ayrı zamanlarda açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətləri ilə gündəmə gəliblər.

Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyd yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidçi hərəkətlərini stimullaşdırıblar.

Toplantı iştirakçıları vurğulayıblar ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa siyasi dairələri və ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.

Özünü Avropada "demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırımı aktları bənzərdirlər.

Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə qeyri-obyektiv, qərəzli olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.

Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır.

Toplantının sonunda QHT təmsilçiləri adından bəyanat qəbul edilib. Bəyanatda qeyd edilir ki, "Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq. Bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik”.



SON XƏBƏRLƏR

2023-01-27

17:47 İran rəsmən izahat verməlidir

14:48 Terror hadisəsini şiddətlə qınayırıq

14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"

2023-01-26

13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı

13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI

13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB

12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi

08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”

2023-01-24

11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir

2023-01-23

15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi

15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir

10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri

10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI

10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib

09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib

2023-01-18

13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir

2023-01-16

18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB

18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”

17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB

17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB

16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB

14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”

14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB

12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

Product image

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları