Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB
Siyasət / 29.11.2022 10:52

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevnoyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.
AZƏRTACxəbər verir ki, Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş edib.
Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırıb. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.
Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən "ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd edib, bu sahədə əməkdaşlığın vacibliyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlətimizin başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd edib və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləşdirildiyini deyən dövlətimizin başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan "Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd edib.
Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışıb, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10:47
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevnoyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.
Bu barədəAZƏRTACməlumat yayıb.
2023-01-27
17:47 İran rəsmən izahat verməlidir
14:48 Terror hadisəsini şiddətlə qınayırıq
14:20 "Azərbaycanı belə silahli hücumlarla, terror aktları ilə dayandırmaq mümkün deyil"
2023-01-26
13:08 Laçın-Xankəndi yolunda indiyədək maneəsiz hərəkət edən nəqliyyat vasitələrinin sayı
13:07 Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən DANIŞDI
13:06 Prezident Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirini qəbul etdi - YENİLƏNİB
12:02 Prezident Meksikanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi
11:34 İlham Əliyev Fransa səfirinin etimadnaməsini qəbul etdi
08:56 Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb
08:40 Stoltenberq: “NATO Ukraynadakı münaqişənin tərəfi olmayıb və olmayacaq”
2023-01-24
11:17 Azərbaycan-Çin münasibətləri hər tərəfli inkişaf edir
2023-01-23
15:04 Hicran Hüseynova Sumqayıtda qəbul keçirdi
15:02 “Qeyri-Formal Təhsilin Əsasları” layihəsinə start verilir
10:26 Suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri
10:24 Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərin satışı BAŞLADI
10:23 Beynəlxalq Türk Mədəniyyəti və İrsi FonduiləTürk Tarix Qurumu bir araya gəlib
09:53 Diasporla İş üzrə Dövlət Komitəsində geniş tərkibli kollegiya iclası keçirilib
2023-01-18
13:17 Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi
13:12 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
2023-01-16
18:42 Ərdoğanla Putin arasında telefon danışığı olub - YENİLƏNİB
18:41 AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"
18:00 Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
17:50 Hulusi Akar: “Türkiyə Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamalıdır”
17:45 Azərbaycan Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində çıxış edib - YENİLƏNİB
17:40 Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 30 avtomobili maneəsiz keçib - YENİLƏNİB
16:35 Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir
15:16 Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 40-a çatıb - YENİLƏNİB
14:16 Prezident: “Masdar”la əməkdaşlıq Azərbaycanı çox mühüm yaşıl enerji mənbəyinə çevirəcək”
14:08 Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb
13:01 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - YENİLƏNİB
12:22 MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
08:44 Dani Alveşin zorlamada günahını sübut edən yeni dəlillər tapılıb

12:10 Afrikada 2022-ci ilin simvolik komandası açıqlanıb
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları