Şəhid ailələrinə dövlət qayğısı: “Şəraitimizdən çox razıyam”
Cəmiyət / 19.12.2022 15:32

Rəfayə Xəlilova şəhid yoldaşıdır. Onun ömür-gün yoldaşı Elnur Xəlilov Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur 2020-ci il sentyabrın 27-də Füzuli istiqamətindən gedən döyüşlərdə şəhadətə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamı ilə E.Xəlilov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
Şəhidin 2 övladı Vətənə əmanət qalıb və hazırda analarının himayəsində yaşayırlar. Lakin Rəfayə xanım onları tək böyütmür. Onun daimi bir dəstəkçisi-dayağı var: Azərbaycan dövləti.
"Report”un əməkdaşı şəhid ailəsinin durumu ilə maraqlanıb.
"Hazırda iki övladımla birlikdə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan binada 3 otaqlı mənzildə yaşayırıq. Bura bu il sentyabrın 14-də köçmüşük. Şəraitimizdən çox razıyam”, - deyir Rəfayə Xəlilova.
O, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
R.Xəlilova həyat yoldaşının vəsiyyətindən də danışıb: "Son dəfə danışanda mənə dedi ki, uşaqları sənə, səni isə Allaha əmanət edirəm, özünüzdən muğayət olun”.
R. Xəlilova söyləyib ki, həyat yoldaşı ilə Vətən müharibəsi başlamamışdan bir gün əvvəl görüşüb və bu onların sonuncu görüşü olub. "Biz onda Beyləqanda yaşayırdıq. Müharibə başlamamışdan bir gün əvvəl həyat yoldaşım evə gəldi, uşaqlarla və mənimlə sağollaşıb dedi ki, onları sənə tapşırıram. Gecə isə son dəfə telefonla danışdıq. O, müharibənin ilk günü, yəni sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hər kəs onun şəhid olduğunu bilsə də, anasından və məndən gizlədiblər. Elnurun nəşi bizə 2020-ci il noyabrın 11-i təhvil verildi. Bu gün tək istəyim atalarına layiq övlad böyütməkdir”.
Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil, ümumilikdə ötən dövrdə 13 min mənzil və fərdi ev, 7500-dən çox avtomobil verilib. Tikintisi yekunlaşan daha 410 fərdi ev də yaxın günlərdə təqdim ediləcək.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları