Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə edir
Siyasət / 18.01.2023 13:12

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə yeni müstəviyə yüksəlib. Yanvarın 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifənin açılmasının və iki ölkə arasında alternativ enerji sferası həmçinin əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addımın göstəricisidir.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.
Komitə sədri qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında ikitərəfli əməkdaşlıq əlaqələrin möhkəmliyini və ölkələr arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayıb.
Ölkə başçısı İlham Əliyevin fikirlərinə nəzər yetirək: "Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”
Hicran Hüseynova vurğulayıb ki, mərasimdə çıxışı zamanı dövlət başçısı İlham Əliyev Azərbaycanın qaz, neft, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji ixracatçısı kimi möhkəmlənən inkişaf mövqeyindən geniş bəhs etdi. Meqa enerji layihəsi haqqında xüsusi qeyd etdi ki, Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik "Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. "Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarına və sazişlərə əsasən 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanında olacaqdır.
Komitə sədri vurğulayıb, ölkə Prezidenti hər zaman mühüm məqamları diqqətə çatdıraraq bildirib ki, Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır. Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Danılmaz olan bu həqiqət də məlumdur ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bizim planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar hamıya məlumdur. Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmış Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər "Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş nümunə kimi göstərilə bilər
"Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Dövlət başçısı Azərbaycanla Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr arasında ikitərəfli əməkdaşlığa da xüsusi önəm verdiklərini qeyd edib: "Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk”. Beləliklə, Prezident İlham Əliyevin bu beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətdir.
Biz ilk növbədə möhtərəm Prezidentimizə, cənab Ali Baş Komandana minnətdar olmalıyıq. Məhz onun xalqımızın milli maraqlarını qorumaq üçün əlindən gələni etməsi, həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən dünyəvi siyasəti Azərbaycanı dünyada lider dövlətə çevrmişdir”- deyə H.Hüseynova qeyd edib.
2023-03-27
19:10 Cozef Bayden: "ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm"
19:02 ABŞ Prezidenti: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyimizi bir daha təsdiqləyirik"
18:58 Cozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib
18:06 Azərbaycanın sülh və təhlükəsizliyə verdiyi töhfə
16:01 Deputatlar İsrailə gedir
15:57 Talış kəndindəki orta məktəbdə ilk zəng çalınıb
15:33 COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir
15:32 Dünya azərbaycanlılarının soyqırımı ermənilərin məkirli siyasətinin acı nəticəsidir
15:25 Azərbaycanda bu məhdudiyyətlər aradan qaldırıldı
15:14 Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
14:33 Azərbaycanın iqtisadi potensialı, ona siyasi müstəvidə də yeni imkanlar yaradır
13:20 Toivo Klaar Azərbaycana səfər edəcək
12:38 DİN Ramazan ayında dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq etdi
11:14 Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
10:12 Rus hərbçiləri Ermənistanda təlim keçdi
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır
10:03 Türkiyəli aktyor vəfat etdi
09:49 Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz keçib
09:31 İsrail Prezidentindən hökumətə ÇAĞIRIŞ
09:29 Novruz tətili günlərində yol qəzalarında 10 nəfər ölüb
09:22 Samuxda narkotik satan şəxslər tutuldu
09:15 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılıb
09:08 Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
09:07 Aİ-nin Belarusda nüvə silahı ilə bağlı Rusiyaya cavabı bəlli oldu
09:05 Kim Çen Inın qızının bahalı gödəkçəsi gündəm oldu
08:54 Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı
08:49 Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
08:46 Xankəndi-Laçın yolunda etirazçılar hərəkətə maneə törətmədən aksiyanı 106 gündür davam etdirirlər
08:42 Gəncədə qazi BIÇAQLANDI
08:42 İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi
08:41 Prezident və xanımı “Qarabağ” - “Qalatasaray” oyununda - YENİLƏNİB
08:39 Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”
00:10 Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı paylaşım edib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
10:09 AVRO-2024: Azərbaycan millisi ikinci oyuna çıxır

00:01 “Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları