Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"
Xəbər / 18.05.2023 17:08

Ombudsman Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin illik hesabatında əks olunmuş məsələlərə münasibət bildirib.
Ombudsman Aparatından"Report"a daxil olan məlumatda deyilir:
"ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən "QHT”-lərin fikri olaraq əks olunmuş məlumatlar qərəzli və həqiqəti əks etdirmədiyindən bəzi məsələlərə aydınlıq gətirmək istərdik.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir. Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir.
Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır.
Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunmuşdur.
Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir.
Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılmış şəxslər də dəfələrlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunmuş, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılmış və təmin edilmişdir. Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildirmişlər. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün Ombudsmana müraciətlərinin daim müsbət həll edilməsi ilə bağlı göstərdiyi köməkliyə görə öz təşəkkürlərini bildirmişlər.
Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri Ombudsmanın İllik məruzələrində və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir.
Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkə Ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də Ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir.
Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılmış məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk".
2023-09-22
18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI
17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi
17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir
17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”
17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB
14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI
14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev
14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi
14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ
14:14 Şuşada bir nəfər minaya düşdü
10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək
10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"
09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO
09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan
09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO
09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü
09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan
09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları